Xəbərlər
BANM-də qanvermə aksiyası...
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) işçiləri arasında xeyriyyə məqsədi ilə qanvermə aksiyası olub.
Aksiya Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu ilə birgə talassemiyadan əziyyət çəkən uşaqlara köməklik göstərmək məqsədilə keçirilib.
Qanvermə aksiyasında BANM-in əməkdaşları - Elsevər Səlimov, Abbas Xasayev, Nuranə Rzayeva, Altay İsmayıl, Ağasəf Abdullayev, Elnarə Zeynalova, Anar Eyvazov, Taleh Mansurov və Arzu Qasımzadə könüllü iştirak ediblər.
Qan verən əməkdaşlarımıza xüsusi təşəkkür edirik!