Xəbərlər

BANM-də qanvermə aksiyası...

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) işçiləri arasında xeyriyyə məqsədi ilə qanvermə aksiyası olub.

Aksiya Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu ilə birgə talassemiyadan əziyyət çəkən uşaqlara köməklik göstərmək məqsədilə keçirilib.

Qanvermə aksiyasında BANM-in əməkdaşları - Elsevər Səlimov, Abbas Xasayev, Nuranə Rzayeva, Altay İsmayıl, Ağasəf Abdullayev, Elnarə Zeynalova, Anar Eyvazov, Taleh Mansurov və  Arzu Qasımzadə könüllü iştirak ediblər.

Qan verən əməkdaşlarımıza xüsusi təşəkkür edirik!