Xəbərlər
Türkiyəli ekspertlər Bakı Ali Neft Məktəbinin tələbələrinə master-klas keçib
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) MBA proqramında təhsil alan tələbələr üçün suveren strategiya, icra və dəyişiklik üzrə məsləhətçi Caner Çinar və çeviklik üzrə məsləhətçi, təlimçi Seçkin Karataş tərəfindən çeviklik (Agility) mövzusunda master-klas keçirilib.
Master-klasın açılışında çıxış edən BANM-in rektoru Elmar Qasımov Ali Məktəbdə müasir dövrün tələblərinə uyğun mövzularda, peşəkarların bilik və təcrübələrini bölüşdüyü belə təlimlərin təşkilinə xüsusi əhəmiyyət verildiyini və mütəmadi keçirildiyini bildirib. Keçirilən təlimlərin əhəmiyyətinə toxunan rektor bu master-klasın da tələbələr üçün faydalı olacağına əminliyini ifadə edib. Bildirib ki, BANM bundan sonra da peşəkarlarla tələbələrin görüşünü təşkil ediləcək.
Təlimçilər iştirakçılara müəssisələrdə, biznesdə “agile” yanaşmanın əhəmiyyəti, “agile” mühitinin qurulması, dəyişikliklərə çevik reaksiya, tələbələrin çevikliyə uyğunlaşmasının önəmi barədə məlumat verib, təcrübələrini bölüşüblər.
İnteraktiv formatda keçirilən görüş iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.