Xəbərlər

Bakı Ali Neft Məktəbinin 10 tələbəsi “SOCAR Türkiyə”də təcrübə keçəcək

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) III və IV kurslarında təhsil alan 10 tələbə "SOCAR Türkiyə"nin Yay istehsalat təcrübəsi proqramında iştirak etmək imkanı qazanıb. Onların 7-si Kimya mühəndisliyi, 3-ü isə Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbəsidir.

Təcrübə proqramına seçilmiş tələbələrlə görüşən BANM-in rektoru Elmar Qasımov onlara uğurlar arzulayaraq bu təcrübənin tələbələrin nəzəri biliklərinin praktika ilə güclənməsinə, istehsalat prosesi ilə tanış olaraq peşəkar kadr kimi yetişmələrinə böyük töhfə verəcəyini bildirib. Rektor "SOCAR Downstream" və "SOCAR Türkiyə"nin Bakı Ali Neft Məktəbinin tələbələrinə daim dəstək olduğunu, onların istehsalat təcrübəsi keçməsinə şərait yaratdıqlarını, məzunların işlə təmin olunduğunu vurğulayıb və rəhbərliyə təşəkkür edib.

Görüşdə iştirak edən  "SOCAR Downstream"in İnsan resursları və biznesə dəstək departamentinin İşə qəbul üzrə supervayzeri Ülvi Gülüşov tələbələrin təmsil etdiyi müəssisədə təcrübədə olduqları müddətdə nəticələri haqqında rəyi Ali Məktəb rəhbərliyinin diqqətinə çatdırıb və tələbələrə təcrübə proqramının növbəti mərhələləri haqqında məlumat verib. 

Qeyd edək ki, “SOCAR Türkiyə”nin builki Yay təcrübə proqramı iki hissədən ibarətdir. Tələbələr proqramın birinci hissəsini "SOCAR Downstream"də tamamlayıblar.  

Təcrübə proqramında iştirak edəcək tələbələrin siyahısı belədir:

1.Çingiz Hacıyev- Kimya mühəndisliyi

2. Aydan Quliyeva - Kimya mühəndisliyi

3. Zəhraxanım Əliyeva - Kimya mühəndisliyi

4. Bənövşə Məmmədzadə - Kimya mühəndisliyi

5. İlqar Nəsirli - Kimya  mühəndisliyi

6.Əkbər Qurbanov - Kimya mühəndisliyi

7. Vahid Səmədov - Kimya mühəndisliyi

8. Fidan Tərişli - Proseslərin avtomatlaşdırılması mühəndisliyi

9. Nərmin Mamedova - Proseslərin avtomatlaşdırılması mühəndisliyi

10. Fidan Quliyeva - Proseslərin avtomatlaşdırılması mühəndisliyi