Xəbərlər
Bakı Ali Neft Məktəbinin rektoru “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti iştirakçılarına setifikatlar təqdim edib
SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəb və bp şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursu başa çatıb. Rektor Elmar Qasımov kursu başa vuran tələbələrə sertifikatlar təqdim edib.
Tədbirdə çıxış edən rektor Elmar Qasımov bp şirkəti ilə birgə reallaşdırılan layihənin gənclərin öz hədəflərini müəyyənləşdirməsində rolundan bəhs edib. Rektor bildirib ki, “Mühəndislər üçün biznes təhsili” gələcək karyeralarında və həyatlarında mühüm rol oynayan bilik, təcrübə və bacarıqlar qazandırır. Rektor tələbələrə daim axtarışda olmağı, müxtəlif təlim və proqramlarda daim aktiv iştirak etməyi tövsiyə edib.
Növbəti "Mühəndislər üçün biznes təhsili" proqramında Bakı Ali Neft Məktəbi (BANM), Bakı Mühəndislik Universiteti (BMU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan-Fransız Universiteti (UFAZ), Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AMİU) olan 35 tələbə iştirak edib.
Elmar Qasımov "Mühəndislər üçün biznes təhsili" proqramını başa vuran iştirakçılara setifikatları təqdim edib. Sonda tələbələr BANM-in kampusu ilə tanış olublar ve birlikdə çay süfrəsi ətrafında müzakirələr aparıblar.
Layihənin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılmasıdır.
Üç həftə davam edən proqram mühəndislər üçün ən vacib bacarıqları əhatə alan 6 moduldan ibarət olub.