Xəbərlər

SOCAR-ın Bakı Ali Neft Məktəbinin tələbələri təhsil tələbə krediti barədə məlumatlandırılıb

Təhsil Tələbə Krediti Fondunun rəhbərliyi SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) məlumat sessiyası keçirib.

Sessiyada BANM-də ödənişli əsaslarla təhsil alan tələbələr və Ali Məktəbin müvafiq şöbələrinin nümayəndələri iştirak ediblər.

BANM-in rektoru Elmar Qasımov belə məhsuldar görüş üçün təşəkkür edərək qonaqlara Ali Məktəb haqqında, qəbul göstəriciləri, ödənişli təhsil alan tələbələrin sayı barədə məlumat verib. O, təhsil tələbə kreditinin üstünlüklərinə toxunaraq Ali Məktəbin tələbələri üçün faydalarından danışıb.

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev təqdimat keçirərək Fondun yaradılması və fəaliyyət istiqamətləri barədə məlumat verib. O, təklif edilən şərtlər, güzəştlər, müraciət qaydaları, tətbiq olunacaq yeniliklərdən bəhs edib, tələbələrin suallarını cavablandırıb.

#SOCAR #BANM #BHOS #TəhsilTələbəKreditiFondu #məlumatsessiyası