Xəbərlər
Elmar Qasımov və Rövşən Abbasovun ölkədə bərpa olunan enerji üzrə ilk dərslik kitabı çap olundu
Azərbaycanda bərpa olunan enerji sahəsində ilk dərslik - “Bərpa olunan enerji ehtiyatlarından istifadəyə giriş” kitabı işıq üzü görüb.
Dərsliyin müəllifləri coğrafiya elmləri namizədi, dosent Elmar Qasımov və coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasovdur.
8 fəsildən 220 səhifədən ibarət olan dərslik Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin qrifi ilə çap olunub. Azərbaycanda dilində çap olunan dərslikdə günəş, külək, geotermal, hidroenerji və hidrogen enerjisi ilə bağlı müstəqil fəsillər var.
Bu dərslik bərpa olunan enerji mənbələri sahəsində yerli mühəndislər hazırlanması üçün böyük töhfədir.
Geniş oxucu üçün nəzərdə tutulan dərslik pulsuz olaraq təhsil müəsissələrinə təqdim ediləcək.