Xəbərlər

SOCAR-ın Bakı Ali Neft Məktəbinin tələbələri "Huawei” startap yarışının qalibi olublar

SOCAR-ın Bakı Ali Neft Məktəbinin tələbələri “Tech4Good” startap yarışmasında dünyanın müxtəlif ali məktəblərindən ibarət 300 komanda arasından seçilərək 11 finalçı arasına daxil olublar. Eyni zamanda "People's Choice" nominasiyasında 2-ci yerin qalibi seçiliblər.

“Tech4Good” startap yarışması “Huawei” şirkəti tərəfindən Azərbaycanda həyata keçirilən “Gələcək üçün toxumlar” (“Seeds for the Future”) proqramı çərçivəsində baş tutub. Beynəlxalq proqrama qatılan Bakı Ali Neft Məktəbinin tələbələri “Gələcək üçün toxumlar” onlayn təlim kursunu uğurla başa vurublar.

BANM-i təmsil edən “Emitless” komandasının üzvləri Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri Sultanə Sultanova və Fidan Quliyeva, İnformasiya təhlükəsizliyi ixtisasının 3-cü kurs tələbəsi Roman Tolstoşeyevdir.

Komandanın təqdim etdiyi layihə karbon istehsalının azaldılması mövzusundadır.

Yeri gəlmişkən, “Gələcək üçün toxumlar” İKT (İnformasiya və Kommunikasiya Texnologiyaları) sahəsində fəaliyyət göstərən “Huawei” şirkəti tərəfindən bütün dünyada başladılan qlobal və qabaqcıl korporativ sosial məsuliyyət proqramıdır.

#BANM #BHOS #SOCAR #Huawei #IKT #SeedsForTheFuture