Xəbərlər
Bakı Ali Neft Məktəbinin məzunu “Linux” əməliyyat sistemində boşluq aşkarlayıb
Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 2022-ci il məzunu və hazırda Mərkəzi Florida Universitetində Kibertəhlükəsizlik üzrə doktorantura təhsili alan Sənan Həsənov “Linux” əməliyyat sistemində iki kritik boşluq aşkarlayıb. O, bu boşluğu cəmi 5 ayda yazdığı proqram vasitəsilə tapıb.
Mərkəzi Florida Universitetinin rəhbərliyi, kibertəhlükəsizlik laboratoriyası və “Linux” proqramçıları Sənan Həsənova təşəkkür və təbriklərini çatdırıblar.
Qeyd edək ki, Sənan Həsənov Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə bakalavr səviyyəsindən birbaşa ABŞ-də doktorantura səviyyəsinə qəbul olub. O, illik 100 min ABŞ dollarından çox təqaüd qazanıb. Sənan 2017-ci ildə BANM-ə 685 balla daxil olub.
Məzunumuzu təbrik edir və onunla qürur duyuruq