Xəbərlər

Bakı Ali Neft Məktəbinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib

Bakı Ali Neft Məktəbində (BANM) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədr vəzifəsinə seçki olub. Tədbirdə Ali Məktəbin prorektorları Oqtay Rzayev və Babək Məmmədov, tələbə klublarının sədrləri, müavinləri, Karyera və tələbələrlə iş və digər şöbələrin əməkdaşları iştirak ediblər.

Əvvəlcə Karyera və tələbələrlə iş şöbəsinin rəisi Emil Aslanlı THİK haqqında məlumat verib. Sonra səsvermə keçirilib və BANM-in Neft-qaz mühəndisliyi ixtisasının 4-cü kurs tələbəsi Nigar Nağıyeva BANM-nin THİK-nin sədri seçilib. O, çıxışında Tələbə Həmkarlar İttifaqı Komitəsinin ümumi fəaliyyəti və gələcək planları haqqında danışıb.

#banm #bhos #SOCAR #tələbəhəmkarlarittifaqı