Xəbərlər

"İNPEX" şirkəti "Waseda" universitetinin iştirakı ilə Bakı Ali Neft Məktəbində təlimlərə başlayıb

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) SOCAR və Yaponiyanın ən böyük neft-qaz hasilatı və emalı şirkəti olan "İNPEX" şirkəti tərəfindən növbəti “Kompozit-termal lay simulyasiyası” adlı təlimlərə başlanıb. Təlimlər SOCAR və "İNPEX" şirkəti arasında uzunmüddtəli əməkdaşlıq çərçivəsində reallaşır.  

Təlimin açılışında çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlayaraq BANM-in belə bir tədbirə evsahibliyi etməysindən məmnunluğunu bildirib. Rektor vurğulayıb ki, BANM-in gənc müəllimlərinin təlimlərdə iştirakı onların fəaliyyətlərinə öz müsbət təsirini göstərəcək. Rektor Yaponiyanın "Waseda" universiteti ilə rəhbərlik etdiyi Ali Məktəbin əməkdaşlığının arzuedilən olduğunu qeyd edib.

SOCAR-ın Baş geoloqu Arzu Cavadova 2016-cı ildən “İNPEX” şirkəti ilə əməkdaşlıq edildiyini xatırladıb. O bildirib ki, sıx əməkdaşlıq nəticəsində indiyədək 60 tələbə və 32 əməkdaş təşkil edilən təlimlərdən faydalanıb. Yüksək səviyyəli evsahibliyinə görə BANM rəhbərliyinə təşəkkür edən Arzu Cavadova təlimlərin davamlılığının vacibliyini vurğulayıb. 

"Waseda" universitetinin professoru Masanori Kurihara təlimçi olduğu seminarlarda mövzuların xüsusi seçildiyini və iştirakçılarla interaktiv formada təşkil ediləcəyini bildirib. O qeyd edib ki, seminarlarda müzakirə ediləcək mövzular müasir dövr üçün aktuallığı ilə seçilir.

SOCAR-ın Baş ofisinin nümayəndəsi Elvin Əhmədov və “İNPEX” şirkətinin nümayəndəsi  Kohei Terajima iştirakçılara uğurlar arzulayaraq bu təlimlərdən faydalanacaqlarına ümid etdiklərini bildiriblər.

Qeyd edək ki, təlimlərə SOCAR-ın  Baş ofisi, "Azneft" İstehsalat Birliyi və “Neftqazelmitədqiqatlayihə” İnstitutundan olan ümumilikdə 14 və

BANM-nin Neft-qaz mühəndisliyi kafedrasının 4 əməkdaşı qatılıb. 10 gün davam edən təlimlərdə "Waseda" universitetin 6 tələbəsi də iştirak edir.