Xəbərlər
Bakı Ali Neft Məktəbinin tələbələri “AzerGold”un təqaüdünü qazanıblar
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təqaüdünə layiq görülüblər. Onlar Kimya mühəndisliyi ixtisasının 5-ci kurs tələbələri Leyla Osmanova, Fərid Qəhrəmanov, Cavid İsayev, Valid Çələbiyev və Murad Nağıyevdir.
Bu təqaüd ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin bakalavr və magistr səviyyələrində “AzerGold” QSC-nin fəaliyyət istiqamətlərinə uyğun ixtisaslarda təhsil alan Azərbaycan vətəndaşları olan tələbələrə verilir.
Məqsəd tələbələrin təhsilə və elmi araşdırmaya marağının daha da artırılması, habelə istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsi və onların sosial müdafiəsinə dəstək olmaq və cəmiyyətin strateji layihələrinin gələcəkdə lazımi kadrlar ilə təmin edilməsi məqsədilə tələbələrin müəyyən edilməsidir. Eyni zamanda istedadlı və təşəbbüskar tələbələrin qanunvericiliyin tələbləri nəzərə alınmaqla, “AzerGold” un təcrübə proqramlarında iştirakı üçün şərait yaratmaq və nəzəri biliklərinin real təcrübəyə çevrilməsində yardımçı olmaq da buna daxildir.
Təqaüd akademik tədris ilinin 9 ayı üçün verilir. Təqaüd bunun üçün olan müsabiqədə keçirilən imtahandan (1-ci tur) müvəffəqiyyət qazanıb.Təqaüd komissiyasının müsahibəsindən (2-ci tur) uğurla keçən tələbələrə verilir.