Xəbərlər
BANM-in tələbələri Beynəlxalq Proqramlaşdırma Müsabiqəsində iştirak edirlər
Bakı Ali Neft Məktəbinin (BANM) komandaları 24 oktyabr 2015-ci il tarixində keçirilən Universitet Tələbələrinin 40-cı ACM ICPC Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin subregional ölkə mərhələsində öz güclərini sınayıblar. Nəticələrə əsasən, BANM-in iki komandası BHOS1 və BHOS2 yarışın növbəti mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, BHOS1 komandasının üzvləri Əmiraslan Baxşılı, Orxan Əlixanov, Emin Hüseynli və BHOS2 komandasının üzvləri Rəhim Rəhimli, Kərim Kərimov, Şamil Ömərovdur. Komandaların məşqçisi isə, BANM-in “Kompüter və İKT” kafedrasının müəllimi Süleyman Süleymanzadədir.
Yarışın yarım final mərhələsi 5-7 dekabr 2015-ci il tarixində Gürcüstanda keçiriləcək.