Xəbərlər

Bakı Ali Neft Məktəbinin tələbələri beynəlxalq kibertəhlükəsizlik yarışında qalib olublar

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Beynəlxalq Kibertəhlükəsizlik Günlərinə həsr edilmiş ICSD-2022 adlı konfrans çərçivəsində keçirilən CTF (“Capture the Flag” – “Bayrağı ələ keçir”) yarışının qalibi olublar. Yarışda bu sahədə çalışan gənc mütəxəssislər öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Azərbaycanın ən iri özəl kibertəhlükəsizlik müəssisəsi olan “Prosol” şirkəti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin ( CERT.GOV.AZ) birgə təşkilatçılığı ilə keçirilən yarışda ilk üç yeri qazanan gənclər İnformasiya təhlükəsizliyi ixtisasının tələbləridir.

I yerə layiq görülən İsgəndər İsgəndərov və II yeri qazanan Rüstəm Həbibullayev IV kurs tələbələridir. III yer isə V kurs tələbəsi Vüsalə Ələkbərovaya məxsusdur.

Tələbələrimizi təbrik edir, onlara uğurlar arzulayırıq