Xəbərlər

Bakı Ali Neft Məktəbinin tələbələri yay istehsalat təcrübəsindədirlər

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasında təhsil alan 167 tələbə “Azneft” İstehsalat Birliyinin “Bibiheybət” Neft və Qazçıxarma İdarəsi (NQÇİ), Ə.C.Əmirov adına NQÇİ, “Abşeron” NQÇİ və Kompleks Qazma İşləri Trestində yay istehsalat təcrübəsi keçirlər.

Neft-qaz mühəndisliyi ixtisasında təhsil alan tələbələrin bir hissəsi isə bp, “Halliburton” kimi böyük neft və qaz şirkətlərində yay istehsalat təcrübəsinə başlayıblar. Yay istehsalat təcrübələri bir ay davam edir.

Tələbələr yay istehsalat təcrübəsi zamanı müəssisələrdə gedən iş prosesi ilə yaxından tanış olur, istismarda olan qurğu və avadanlıqları, onlara nəzarət və idarəetmə sistəmlərini, texnoloji prosesləri öyrənir, həmçinin peşəkar mütəxəssislərlə birlikdə çalışmaq və onların iş təcrübələrindən yararlanmaq imkanı əldə edirlər.

Qeyd edək ki, ERASMUS+ proqramı çərçivəsində Türkiyənin Katip Çelebi Universitetindən olan tələbə də yay istehsalat təcrübəsində iştirak edir.

Xatırladaq ki, BANM-in tələbələri hər il yay istehsalat təcrübəsi keçirlər. Yay istehsalat təcrübəsinin əsas məqsədi tələbələrin ilboyu keçdikləri fənlərin nəzəri əsaslarının təcrübədən alınan biliklərlə zənginləşdirilməsinə şərait yaratmaqdır.

#BANM #BHOS #istehsalat #təcrübə #tələbələr