Xəbərlər
Bakı Ali Neft Məktəbinin tələbələri beynəlxalq tədbirdə könüllü olublar
Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm Nazirlərinin 11-ci konfransında Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri könüllü olublar.
BANM-in Biznesin idarə edilməsi ixtisasının tələbələri Həmid Həşimzadə, Elturan Eyvazov və Murad Əliyev konfrans iştirakçılarına yüksək səviyyədə xidmət edən qrupun tərkibində fəaliyyət göstəriblər.
Tələbələr qonaqların hava limanında qarşılanması, otellərə yerləşdirilməsi, konfrans zallarının ümumi hazırlığı və bu günlər ərzində qonaqlara xarici dillərdə tərcümədə kömək edib və onların suallarını cavablandırıblar.
Azərbaycan Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakıda keçirilən İslam Əməkdaşlığı Təşkilatının Turizm Nazirlərinin 11-ci konfransında təşkilatın Baş katibi Hissein Brahim Taha, təşkilata üzv dövlətlərin turizm nazirləri və nazir müavinləri, səfirlər, İƏT-in 7 alt institutu olan beynəlxalq təşkilatların təmsilçiləri, dövlət rəsmiləri və ekspertlər daxil olmaqla 39 ölkədən 160-dan artıq nümayəndə iştirak edib.
#BANM #BHOS #könüllü #volunteer





