Xəbərlər

Bakı Ali Neft Məktəbinin tələbələri “Daşgil” palçıq vulkanına ekskursiya ediblər

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının birinci kurs tələbələri “Daşgil” palçıq vulkanında ekskursiyada olublar. Ekskursiyada Neft-qaz mühəndisliyi kafedrasının müdiri Samirə Musayeva və müəllimi Rəşad Nəzərəliyevin rəhbərliyi ilə ixtisasın 50-dən çox tələbəsi iştirak edib.

Əvvəlcə kafedranın dosenti Rauf Nadirov mühazirə ilə çıxış edib.

”Daşgil” palçıq vulkanı Bakı şəhəri Salyan şosesində yerləşir. Vulkan səthindəki morfoloji formaların rəngarəngliyi və müxtəlif vulkanik formalardan med, su və qaz püskürməsinə əsaslanan fəaliyyətinə görə Azərbaycanın möhtəşəm palçıq vulkanlarından biridir.

Prosesləri canlı müşahidə edən tələbələrə palçıq vulkanizminin mənşəyi, struktur detalları, litologiyası və təkamülü haqqında məlumatlar verilib, vulkandan brekçiya nümunələri toplanıb. Tələbələrin onları maraqlandıran suallarına cavablar verilib.

#BANM #BHOS #ekskursiya #vulkan