
Xəbərlər
BANM-in rektoru Elmar Qasımovun BANM-in Prezident təqaüdünə layiq görülmüş tələbələrinə təbriki
Əziz tələbələr,
Sizin adınız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015/2016-cı tədris ilində ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında 14 sentyabr 2015-ci il tarixli Sərəncamında öz əksini tapmışdır. Bu il Bakı Ali Neft Məktəbinin 17 tələbəsi bu şərəfli ada layiq görülmüşdür. bu, sizin üçün bir fəxrdir və sizin çox böyük nailiyyətinizdir. Bakı Ali Neft Məktəbinə daxil olmaq hər bir tələbəmiz üçün daim yeni üfüqlər açır, sizə yeni-yeni uğurlar əldə etməyə zəmin yaradır. Azərbaycan gənclərinin, tələbələrimizin nailiyyətləri Ali Məktəbin uğurudur və biz buna ürəkdən sevinirik.
Prezident təqaüdünə layiq görülmüş tələbələrimizi səmimi qəlbdən təbrik edirəm! Azərbaycanın intellektual gəncliyinin məhz Bakı Ali Neft Məktəbində təhsi alması bizim üçün qürurverici və mühüm hadisədir!
Bakı Ali Neft Məktəbində təhsil alan bütün tələbələrə müvəffəqiyyətlər, daim bilik, bacarıq və fəallıqları ilə seçilmələrini arzulayıram!