Xəbərlər

“PAŞA Bank” BANM tələbələrinə təlim keçib

“PAŞA Bank” ASC-nin KOS Bankçılıq departamentinin Rəqəmsal qeyri-kredit məhsullar üzrə qrup rəhbəri Xanım Rüstəmova  Bakı Ali Neft Məktəbində (BANM) “Kreativ biznes strategiyası və dinamik məhsul idarəedilməsi” mövzusunda təlim keçib.

Təlimdə Kanvas İş Modeli, SWOT analizi, UX-in (istifadəçi təcrübəsi) davamlı məmnuniyyət və uzunmüddətli dəyər yaratmaqla potensial müştəri qazanmaq və  biznesin idarə edilməsində rolundan bəhs edilib.
“PAŞA Bank” əməkdaşı, həmçinin təcrübəsini bölüşərək tələbələrə tövsiyələrini verib.

Təlimin sonunda tələbələrin sualları cavablandırılıb, onları maraqlandıran məsələlərlə bağlı ətraflı məlumat verilib.