Xəbərlər

Bakı Ali Neft Məktəbinin (BANM) və bp şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursuna start verilir.

Bakı Ali Neft Məktəbinin (BANM) və bp şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursuna start verilir.

İndi Azərbaycanda mühəndislik ixtisası üzrə təhsil alan digər universitet tələbələri də bu kursdan yararlana biləcəklər!

Layihənin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılmasıdır. Proqram tam olaraq ingilis dilində aparılacaqdır.

  • Proqramın xərcləri Bakı Ali Neft Məktəbinin hesabınadır.

 

Layihə sizə nə verəcək?

  • Biznes sahəsində bilik və bacarıqlara yiyələnmək
  • Praktiki məşğələlərdə iştirak etmək
  • bp və digər transmilli şirkətlərin aparıcı nümayəndələri ilə təcrübə mübadiləsi və müzakirə imkanları
  • Bakı Ali Neft Məktəbinin ən qabaqcıl və beynəlxalq sertifikatlı heyətindən təhsil almaq
  • Proqramın sonunda sertifikat ilə təmin edilmək

 

Proqram Bakı Ali Neft Məktəbinin beynəlxalq təcrübəli mütəxəssisləri tərəfindən həyata keçiriləcəkdir. Təlimlər May ayının ilk 2 həftəsi ərzində Bakı Ali Neft Məktəbinin Xətai korpusunda əyani formada təşkil ediləcəkdir.

 

Proqrama daxil olan modullar:

  • Prezentasiya və kommunikasiya bacarıqları
  • Layihə idarəetməsi
  • Vaxtın idarəedilməsi və səmərəlilik
  • Risklərin idarəedilməsi
  • Maliyyə, büdcə və xərclərə nəzarət edilməsinə giriş
  • İnsan resurslarının idarəedilməsinin əsasları və liderlik

 

Kimlər müraciət edə bilər:

  • Hazırda yalnız mühəndislik ixtisasları üzrə təhsil alan 3-cü, 4-cü və 5-ci kurs tələbələri.
  • Yalnız ingilis dili bacarıqları yüksək olan tələbələr.
  • Bakı Ali Neft Məktəbi: 4-ci və 5-ci kurs, digər ali təhsil müəssisələri isə 3-cü və 4-cü kurs tələbələri

 

Qeydiyyat üçün aşağıda qeyd edilən məlumatları businesseducation@bhos.edu.az elektron ünvanına göndərməyiniz xahiş edilir.

 

Qeydiyyat üçün son tarix: 28 Aprel 2022-ci il

 

Yerlərin məhdud olduğunu nəzərə alaraq tezliklə qeydiyyatdan keçməyniz tövsiyə olunur.

Proqrama qəbul olan tələbələrə 30 Aprel, 2022-ci il tarixinədək məlumat veriləcəkdir.

Əlavə suallarınız üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz.

 

e-mail: businesseducation@bhos.edu.az

Telefon: +994508433071