Xəbərlər
Bakı Ali Neft Məktəbi doktorantura pilləsi üzrə qəbul elan edir
2022/2023-cü tədris ili üçün doktorantura pilləsi üzrə qəbul ixtisasları aşağıdakılardır:
- Neft və qaz yataqlarıının işlənməsi və istismarı
- Kimya texnologiyası və mühəndisliyi
- Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)
Təhsil formatı:
- Əyani: Təhsil müddəti 3 il
- Qiyabi: Təhsil müddəti 4 il
Proqramlara Qəbul Şərti:
Azərbaycan Respublikasının vətəndaşları üçün:
- Ali təhsil (magistratura səviyyəsi)
- Müsabiqədə iştirak: Xarici Dil imtahanı (DİM tərəfindən keçirilir)
- Fəlsəfə imtahanı
- İxtisas Fənni imtahanı
Xarici vətəndaşlar üçün:
- Ali təhsil (magistratura səviyyəsi (diplom Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən nostrifikasiya olunmalıdır))
- İELTS sertifikatı
Tələb olunan sənədlərin siyahısı:
- ərizə (BANM-nin rektorunun adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi (möhürlü);
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə (möhürlü);
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı (möhürlü) və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun (və diploma əlavənin) müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Müraciət etmək istəyənlər qəbul qaydaları haqqında daha ətraflı məlumatı +99412 521-34-54 (Davamlı təhsil fakültəsinin dekanlığı) nömrəsinə zəng etməklə ala bilərlər.