Xəbərlər

Bakı Ali Neft Məktəbi doktorantura pilləsi üzrə qəbul elan edir

2022/2023-cü tədris ili üçün doktorantura pilləsi üzrə qəbul ixtisasları aşağıdakılardır:

  • Neft və qaz yataqlarıının işlənməsi və istismarı
  • Kimya texnologiyası və mühəndisliyi
  • Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)

 

Təhsil formatı:

  • Əyani:  Təhsil müddəti 3 il
  • Qiyabi: Təhsil müddəti  4 il

 

Proqramlara Qəbul Şərti:

Azərbaycan Respublikasının vətəndaşları üçün:

  • Ali təhsil (magistratura səviyyəsi)
  • Müsabiqədə iştirak: Xarici Dil imtahanı (DİM tərəfindən keçirilir)
  1. Fəlsəfə imtahanı
  2. İxtisas Fənni imtahanı

 

Xarici vətəndaşlar üçün:

  • Ali təhsil (magistratura səviyyəsi (diplom Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən nostrifikasiya olunmalıdır))
  • İELTS sertifikatı

 

Tələb olunan sənədlərin siyahısı:

  • ərizə (BANM-nin rektorunun adına);
  • kadrların şəxsi-qeydiyyat vərəqi (möhürlü);
  • tərcümeyi-hal;
  • 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
  • iş yerindən xasiyyətnamə (möhürlü);
  • iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
  • çap olunmuş elmi işlərin siyahısı (möhürlü) və ya seçilmiş ixtisas üzrə referat;
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun (və diploma əlavənin) müvafiq qaydada təsdiq edilmiş surəti  (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti.

 

Müraciət etmək istəyənlər qəbul qaydaları haqqında daha ətraflı məlumatı +99412 521-34-54   (Davamlı təhsil fakültəsinin dekanlığı) nömrəsinə zəng etməklə ala bilərlər.