Xəbərlər
BANM-in tələbələri İsveçrəyə, Rumıniyaya və Türkiyəyə səfər edəcəklər
Bakı Ali Neft Məktəbinin II kursunda təhsil alan 4 tələbəsi Balaşov Emin, Əhmədov Camal , İsmayılov Murad , Rzayev Kamran "SOCAR Yay Məktəbi 2015" layihəsində iştirakı çərçivəsində İsveçrəyə, Rumıniyaya və Türkiyəyə 1 həftəlik səfər qazanıblar. Belə ki, 10 gün ərzində "SOCAR Yay Məktəbi 2015" layihəsinin iştirakçıları 7 komandaya bölünərək layihənin təşkilatçıları tərəfindən onlar üçün təşkil edilmiş müxtəlif oyunlarda, yarışlarda, təqdimatlarda, məşğələlərdə yarışıblar. Yay məktəbinin yekununda göstərilən nəticələrə əsasən qalib komandalar seçilib. İlk üç yeri qazanan komandalara İsveçrəyə, Rumıniyaya və Türkiyəyə 1 həftəlik səfər təşkil olunacaq. 1-ci yerə çıxan qalib komandada iştirak edən BANM-in "Neft-qaz mühəndisliyi" ixtisası üzrə təhsil alan tələbəsi Əhmədov Camal İsçevrəyə, 2-ci yerin qalib komandasında iştirak edən BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbəsi Rzayev Kamran Rumıniyaya, 3-cü yerə çıxan qalib komandada iştirak edən BANM-in “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri İsmayılov Murad və Balaşov Emin Türkiyəyə səfər imkanı qazanıblar.