Xəbərlər
Rektor Qarabağa görə beynəlxalq tərəfdaşlara təşəkkür etdi
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan tarixinin ən şərəfli hadisəsi olan Qarabağın işğaldan azad edilməsi uğrunda apardığımız haqq mübarizəsində göstərdikləri dəstəyə görə Avrasiya Universitetlər Birliyinin Prezidenti, Prof. Mustafa Aydına və Böyük Britaniyanın Heriot-Vatt Universitetinin rektoru Prof. Riçard Vilyamsa təşəkkür ünvanlayıb.
30 il müddətində əlçatmaz olaraq qalan Qarabağın düşmən işğalından azad olunmasını böyük Qələbə adlandıran rektor Azərbaycan hökumətinin problemin bölgədə köklü həllinə, davamlı sülh və əmin-amanlığın bərqərar olmasına çalışdığını diqqətə çatdırıb.
E.Qasımov Bakı Ali Neft Məktəbinin həm Avrasiya Universitetlər Birliyi, həm də Heriot-Vatt Universitetilə əməkdaşlığa xüsusi önəm verdiyini, bundan sonra da yeni layihə və proqramların reallaşdırılacağına ümid etdiyini qeyd edib.
Məlumat üçün bildirək ki, Mustafa Aydın və Riçard Vilyams Böyük Vətən Müharibəsi günlərində Bakı Ali Neft Məktəbinə Azərbaycanın ərazi bütövlüyünü və haqlı mübarizəsini dəstəkləyən məktub ünvanlamışdı.