Xəbərlər

Bakı Ali Neft Məktəbində Norveçin Equinor şirkətinin Azərbaycan nümayəndələrinin görüşü keçirilib

        Bakı Ali Neft Məktəbində (BANM)  Norveçin enerji şirkəti “Equinor”-ın Azərbaycan nümayəndələyinin görüşü keçirilib.

 

        Görüşdə “Equinor” şirkətinin Azərbaycan nümayəndələyinin Kommunikasiyalar üzrə meneceri Əlibaba Əliyev və neft-fizika üzrə baş mütəxəssis Kristine Hermanrud, eləcə də Ali Məktəbin əməkdaşları və tələbələri iştirak ediblər.

 

        Görüşün məqsədi “Equinor” şirkətinin əməkdaşlarının “Geoloji idarəetmənin gələcəyi və quyuların yerləşdirilməsi ilə əlaqəli qərarlar, əməliyyat perspektivi” mövzusunda apardığı yeni tədqiqatlarla BANM tələbələrini tanış etmək olub. Görüş zamanı şirkətin icra etdiyi yeni layihələr, gələcək perspektivlər barədə də Ali Məktəbin tələbələrinə məlumat verilib.

 

        “Equinor” şirkətinin Azərbaycan nümayəndəliyinin neft-fizika üzrə baş mütəxəssis Kristine Hermanrud “Geoloji idarəetmənin gələcəyi və quyuların yerləşdirilməsi ilə əlaqəli qərarlar, əməliyyat perspektivi” adlı mövzuda təqdimat edib. O, gələcəkdə qazma əməliyyatları zamanı tətbiq olunacaq yeniliklər, eləcə də ultra dərin quyuların müqavimət ölçüləri, geonaviqasiya qərarlarının real zamanda daha yaxşı verilməsi üçün görülməkdə olan işlər barədə məlumat verib.

 

       Həmçinin iş prosesi zamanı neft-qaz quyuları ətrafında quraşdırılmış 3D modellərin çoxölüçü məlumat bazasına uyğunluğu və yenilənməsi ilə bağlı sistem də təqdim olunub. Bundan əlavə, yenilənmiş daxili geonaviqasiya təlim simulyatoru, eləcə də ümumi təlim və iş sonrası model inteqrasiyası da daxil olmaqla geonaviqasiya qrafiki təqdim edilib.