Xəbərlər

Bakı Ali Neft Məktəbi tələbələr üçün yeni Cəmiyyət yaradıb

Bakı Ali Neft Məktəbi Azərbaycanda bakalavr və magistr pilləsi üzrə təhsil alan  universitet tələbələrinin karyera inkişafına dəstək olmaq məqsədilə yeni “Society of Business Management” cəmiyyəti yaradıb.

 

Cəmiyyətin  məqsədi seçilmiş tələbələrə biznes biliklərinin artırılmasına kömək edərək onların gələcək karyera imkanlarının genişləndirilməsinə dəstək göstərməkdir.

 

  “Society of Business Management”  cəmiyyəti biznes üçün lazım olan texniki bilikləri əhatə edəcək təlimlər və ya master klasslar, həmçinin şəxsi inkişafla bağlı tədbirlər təşkil edəcək.

 

  Təlimlər Mühasibat uçotu, Maliyyə, Marketinq, İnvestisiya təhlili, İdarəetmə strategiyası və qərarvermə, Problemlərin həlli , Liderlik, Bədən dili, Təqdimat və Ünsiyyət bacarıqları, Danışıq bacarıqları kimi modulları əhatə edəcək.

 

  Qeyd olunan modullar üzrə bir sıra şirkətlərin və dövlət qurumlarının rəhbər şəxsləri öz bilik və təcrübələrini bölüşəcəklər.

 

  Bundan əlavə, yerli aparıcı şirkətlərə iştirakçıların işgüzar səriştələrini inkişaf etdirməyə xidmət edən Biznes Turlar təşkil edilcək.

 

  Bütün iştirakçıların seçilməsi prosesi onlayn müraciət əsasında aparılacaq. Seçilən şəxslərə tədbirlər, həmçinin Cəmiyyət barədə ətraflı məlumat veriləcək