Xəbərlər

Türk Standartları İnsitutunun Azərbaycan təmsilçisi Bakı Ali Neft Məktəbində

         

Bakı Ali Neft Məktəbinin (BANM) professor-müəllim heyəti və tələbələri ilə Türk Standartları İnsitutunun (TSİ) Azərbaycan nümayəndəliyinin təmsilçisi Gülhan Yüzereroğlunun görüşü keçirilib.

 

 

       Görüşün əsas məqsədi ISO (International Organization of Standardization – Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat) sertifikatlarının əhəmiyyəti barədə Ali Məktəbin tələbələrini məlumatlandlrmaq olub.

 

        BANM-in Ümumi işlər üzrə prorektoru Rəşad Həsənov bildirib ki, Bakı Ali Neft Məktəbi dünyanın nüfuzlu ali təhsil müəssisələri kimi hər zaman beynəlxalq standartlarla işləyir və bu sahədə davamlı olaraq təkmilləşdirmə işləri aparılır.

 

        Türk Standartları İnsitutunun Azərbaycan təmsilçisi Gülhan Yüzereroğlu bu sahədə 22 illik təcrübəsi olduğunu bölüşərək qeyd edib ki, bir müəssisənin ISO sertifikatlarına sahib olması yüksək keyfiyyət göstəricisi sayılır və bu mərhələyə gələnəcən müəssisələr xeyli inkişaf yolu keçir. O bildirib ki, istənilən müəssisənin keyfiyyətli idarəetmə prosesi zamanı planlama, tətbiqetmə, nəzarət, xətaların fərqinə varıb tədbirlərin görülməsi mərhələləri çox vacibdir. G.Yüzereroğlu onu da əlavə edib ki, uğurlu müəssisələr əsasən təkmilləşdirməyə meyilli olur.

 

         Qeyd edək ki, BANM Azərbaycanda ISO 9001 “Keyfiyyət idarəetmə Sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi”, ISO 10002 "Müştəri məmnuniyyəti - şikayətlərin idarə edilməsi üzrə rəhbər göstərişlər" standartlarına sahib və həmin standartları uğurla tətbiq edən yeganə ali təhsil müəssisədir.