Xəbərlər

Bakı Ali Neft Məktəbinin İnnovasiya və Tədqiqatlar Mərkəzinin ilk informasiya sessiyası keçirilib

              Bakı Ali Neft Məktəbinin (BANM) Kampusunda İnnovasiya və Tədqiqatlar Mərkəzinin ilk informasiya sessiyası keçirilib.

 

              İnnovasiya və Tədqiqatlar Mərkəzinin müdiri Farad Kamyabi öncə mərkəz haqqında ümumi məlumat verərək gələcək məqsəd və hədəflərdən danışıb. O bildirib ki, uğurlu olmaq üçün insan özünü limitləməməlidir və məsələlərə fərqli rakurslardan baxmağı öyrənəndə innovativ ideyalar tapa bilər.

 

              Daha sonra Sosial Innovasiya Laboratoriyasının (Social Innovation Lab) nümayəndəsi Məhin Cəbrayılova və BANM-in 3-cü kurs Kimya mühəndisliyi ixtisasının tələbəsi Güllü Hüseynli gənclərlə innovativ ideyadan startapa keçid, startap komandalarının qurulması yolları, eləcə də startapın düzgün təqdimetmə üsulları, startap üçün maliyyə resurslarının tapılması haqqında bölüşüblər.

 

              Bakı Ali Neft Məktəbinin İnnovasiya və Tədqiqatlar Mərkəzi bu ilin may ayından fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasının əsas məqsədi tələbələrə universitetdən kənara çıxmadan öz innovativ ideyalarını bölüşmək, inkişaf etdirmək, startapını daha da gücləndirmək üçün lazım olan dəstəyi verməkdir.