Xəbərlər
Bakı Ali Neft Məktəbində Adaptasiya proqramı tətbiq edilir
Bakı Ali Neft Məktəbində yeni əməkdaşlarn işə və kollektivə inteqrasiyası üçün nəzərdə tutulan “Adaptasiya proqramı”nın təqdimatı keçirilib.
Proqram yüksək işçi məmnuniyyəti və motivasiyaya, öyrənmə periodunun qısaldılmasına, korporativ münasibətlərin bütün istiqamətləri üzrə ünsiyyətin qurulmasına, eləcə də, tələb olunan performansın əldə edilməsinə hesablanıb.
Dünyanın top 10 pilləsində yer alan Harvard, Oxford, Stanford kimi universitetlərdə tətbiq edilən proqram yeni əməkdaşların təşkilati mədəniyyətə inteqrasiya prosesini sürətlənməsini təmin edir.