Xəbərlər

Bakı Ali Neft Məktəbinin tələbələri Star və Petkimdə işləyəcək

         Bakı Ali Neft Məktəbinin (BANM) 6 tələbəsi SOCAR Türkiyədə işləyəcək. BANM-in rektoru Elmar Qasımov bildirib ki, “Star” və “Petkim”də hələlik 6 yer nəzərdə tutulub.  SOCAR Türkiyənin apardığı seçim prosesi nəticəsində  Ali Məktəbin Kimya mühəndisliyi və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisaslarında təhsil alan altı tələbə seçilib, onlar “Star” neft emalı zavodunda və “Petkim” neft-kimya kompleksində işləyəcək.

        Rektor bildirib ki, Ali Məktəbin əsas strategiyası şirkətlərə istehsalat təcrübəsi, praktik vərdişləri olan kadrlar yetişdirməkdir. Həmçinin o bildirib ki, tələbələrin məzun olmamış iş təklifi alması Ali Məktəbin “Biz iş axtarmırıq, iş bizi axtarır” şüarını təsdiq edir. Onun sözlərinə görə, indiyə kimi BANM-ın 30-a yaxın məzunu “Star” və “Petkim” zavodlarında çalışır.

        “Star” və “Petkim” SOCAR-ın Türkiyədə fəaliyyət  göstərən və böyük investisiya edilmiş neft-kimya zavodlarıdır.