Xəbərlər

Qaz Emalı Zavodunun direktoru Bakı Ali Neft Məktəbinin tələbələrilə görüşüb

         Bakı Ali Neft Məktəbində (BANM) Qaz Emalı Zavodunun direktoru Aqşin Paşayevlə görüş keçirilib. Görüşdə BANM-ın rəhbəri Elmar Qasımov, Qaz Emalı Zavodunun İnsan resursları departamentinin rəhbəri Məlahət Qurbanova, Ali Məktəbin Mühəndislik fakültəsiin dekanı Zəfər Qurbanov və digər məsul əməkdaşlar, həmçinin tələbələr iştirak ediblər.

 

      Görüş zamanı BANM-ın rektoru Elmar Qasımov qonaqları Ali Məktəbdə salamlayaraq Qaz Emalı Zavodunun ölkəmizi enerji ilə təmin edən ən mühüm müəssisələrdən olduğunu bildirib.

 

      Zavodun direktoru Aqşin Paşayev görüş zamanı tələbələrə zavodun yaranma tarixi, fəaliyyəti və iş prinsiplərindən danışıb. O 1961-ci ildə fəaliyyətə başlayan Qaz Emalı Zavodunun əsas və köməkçi sahələri haqqında ətraflı məumat verib. Zavodun hazırda 521 nəfər işçisinin olduğunu bildirən A.Paşayev müəssisənin tələbələr üçün hər zaman açıq olduğunu bildirib.

 

     Görüşdə həmçinin Ali Məktəbin tələbələri üçün zavoda İstehsalat təcrübə proqramlarının və texniki səfərlərin təşkil olunması qərara alınıb. Zavodun İnsan resursları departamentinin rəhbəri M.Qurbanova isə bildirib ki, zavodda vakant iş yerləri haqqında tələbələrə tezliklə məlumat göndəriləcəkdir.

 

     Görüşün sonunda Ali Məktəbin tələbələri zavodun fəaliyyəti, iş yerləri və təcrübə keçmək imkanları ilə bağlı suallar ünvanlayıblar.

 

      Qonaqlar həmçinin Ali Məktəbin kampusunda yerləşən laboratoriyalar, idman kompleksi, kitabxana ilə yaxından tanış olublar.