Konfrans

“Dayanıqlı Ətraf Mühit: Yaşıl Enerjiyə keçid” mövzusunda eksklüziv Beynəlxalq Elmi Konfransı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar olaraq 6 dekabr 2024-cü il tarixində Bakı Ali Neft Məktəbində “Dayanıqlı Ətraf Mühit: Yaşıl Enerjiyə keçid” mövzusunda eksklüziv Beynəlxalq Elmi Konfrans təşkil olunub.

Konfransın əsas məqsədi davamlı gələcəklə bağlı iqtisadi, ekoloji və texnoloji problemlərin tədqiqini təşviq etmək və yeni perspektivləri maraqlı auditoriya ilə bölüşməkdir. Məqalələrin qəbulu aşağıdakı bölmələr üzrə aparılıb. 

  • Bərpa olunan enerji 

  • Yaşıl iqtisadiyyat 

  • Yaşıl kimya 

  • Ekoloji təmiz texnologiyalar 

 

Təqdimatla çıxış edən hər bir iştirakçı “İştirak Sertifikatı” alıb. 

İndeksasiya: Hər konfrans materialina Crossref-dən rəqəmsal obyekt identifikatoru (DOI) təyin edilir. 

Scholar indekslənmə: Nəşr olunan əsərlər Google Scholar-da indeksasiya olunub.

ISBN: Konfrans materiallarının toplusuna ISBN nömrəsi verilir. 

 Jurnalın tələblərinə cavab verən məqalə BANM-in beynəlxalq elmi jurnalında məqalə kimi dərc olunub.  

Məqalələr İngilis və Azərbaycan dillərində qəbul edilib.

Konfrans materiallarının elektron versiyasını təqdim olunmuş link vasitəsilə əldə edə bilərsiniz. Konfrans materialları