
Konfrans
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransları

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünün qeyd olunması ilə bağlı silsilə tədbirlər çərçivəsində Bakı Ali Neft Məktəbində 2022-ci ilin aprel ayı ərzində aşağıda qeyd edilən mövzularda Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransları keçiriləcəkdir:
- “Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf”: 27-29 aprel 2022-ci il
- “Neft-qaz geologiyası və mühəndisliyi”: 18-20 aprel 2022-ci il
- “Proseslərin avtomatlaşdırılması və informasiya təhlükəsizliyi-2022”: 26-27 aprel 2022-ci il
Konfranslar ölkəmizdə və xaricdə müvafiq sahələrdə fəaliyyət göstərən ali təhsil müəssisələri və elmi-tədqiqat qurumlarının tələbə və gənc tədqiqatçılarına həyata keçirdikləri tədqiqatların nəticələrini təqdim etmək üçün bir platforma rolunu oynayacaq, həmçinin bu istiqamətdə təcrübə və fikir mübadiləsinin genişləndirilməsinə şərait yaradacaqdır. Konfransın işçi dililəri: Azərbaycan, Rus və İngilis.
Konfransların proqramları
Məkan: Bakı Ali Neft Məktəbi, Bakı, Azərbaycan