Konfrans
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransları
Bakı Ali Neft Məktəbində (BANM) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransları keçirilib.
Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransları 18-29 aprel tarixlərində “Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf”: (27-29 aprel 2022-ci il)
“Neft-qaz geologiyası və mühəndisliyi”: (18-20 aprel 2022-ci il)
“Proseslərin avtomatlaşdırılması və informasiya təhlükəsizliyi-2022”: (26-27 aprel 2022-ci il) mövzularında konfranslar keçirilib. Bu il konfranslara 238 tezis seçilərək qəbul olunub. Tezislərin 101-i Bakı Ali Neft Məktəbinin tələbələrinə aid olub.
Konfrans iştirakçılarını BANM-in professor-müəllim heyəti ilə yanaşı, “Schneider Electric”, bp, “Kinetics Technology” şirkətlərinin, “SOCAR AQŞ” MMC-nin, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, İdarəetmə Sistemləri İnstitutunun, Aşqarlar Kimyası İnstitutunun nümayəndələri qiymətləndiriblər.
Konfranslarda Bakı Ali Neft Məktəbinin tələbələri ilə yanaşı, SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Gəncə Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Bakı Mühəndislik Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Orta Doğu Texniki Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası və AMEA-nın institutlarının gənc tədqiqatçıları məruzələrlə çıxış ediblər. Bəzi tələbələr fərdi, bəziləri isə komanda şəklində tezislərini təqdim ediblər. Münsiflər heyətinin dəyərləndirmələrindən sonra iştirakçılar müxtəlif kateqoriyalar üzrə I, II, III yerləri tutub və həvəsləndirici mükafatlarla təltif ediliblər. Onlara, həmçinin sponsor şirkətlərin qiymətli hədiyyələri təqdim edilib. Konfrans iştirakçıları 18 bölmə üzrə mükafatlandırılıblar. BANM-in tələbələri 14 bölmə üzrə I yerin sahibi olublar.
Konfranslarda BANM-in tərəfdaşları “SOCAR Polymer” MMC, “SOCAR AQŞ” MMC,bp, “Kinetics Technology”, “ABB Global Marketing”, “Avandsis Group” MMM, “Emerson Process Management”, “Schlumberger” şirkətləri olub.
- “Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf”: 27-29 aprel 2022-ci il
- “Neft-qaz geologiyası və mühəndisliyi”: 18-20 aprel 2022-ci il
- “Proseslərin avtomatlaşdırılması və informasiya təhlükəsizliyi-2022”: 26-27 aprel 2022-ci il
Konfransların proqramları
Məkan: Bakı Ali Neft Məktəbi, Bakı, Azərbaycan