Struktur
İctimaiyyətlə əlaqələr və Marketinq şöbəsi
İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi BANM ilə ictimaiyyət arasında, o cümlədən müxtəlif təşkilatlar, tərəfdaş qurumlar və Kütləvi İnformasiya Vasitələri (KİV) ilə qarşılıqlı və faydalı münasibətlərin qurulmasını təmin edir. Şöbə Ali Məktəbin imicinin formalaşdırılması və möhkəmləndirilməsi, onun fəaliyyətinin geniş ictimaiyyətə düzgün və operativ şəkildə çatdırılması istiqamətində fəaliyyət göstərir.
Eyni zamanda, şöbə marketinq fəaliyyəti çərçivəsində Ali Məktəbin təhsil proqramlarının, elmi və ictimai fəaliyyətlərinin təşviqi, brend tanınmasının artırılması, abituriyentlər və maraqlı tərəflərlə effektiv kommunikasiya strategiyalarının hazırlanması və icrası ilə məşğul olur.
