Struktur

İdman Mərkəzi

İdman Mərkəzi əsasən, kollektivdə sağlam fiziki keyfiyyətlər formalaşdırmaq, tələbələri idmanın müxtəlif növləri üzrə yarışlara hazırlamaqla bərabər, onlara yüksək mənəvi-əxlaqi dəyərləri aşılamaq yönündə də işlər aparır. Maddi-texniki təchizat baxımından ən müasir avadanlıqlarla təmin olunmuş kafedra əməkdaş və tələbələrin fiziki və psixofizioloji cəhətdən hazırlığını təmin etməklə onlarda ruh yüksəkliyi və əhval-ruhiyyə yaranmasına töhfələr verir.