Beynəlxalq Proqramlar Ofisi
Erasmus+ KA171 Mübadilə layihəsi çərçivəsində WSB Universitetinə müraciət Elanı
Kimlər müraciət edə bilər?
Bakı Ali Neft Məktəbinin əyani təhsil alan tələbələri aşağıdakı şərtlərə cavab verdikləri və müraciətlərini bu çağırışda qeyd olunan son tarixə qədər təqdim etdikləri halda tələbə mobilliyindən yararlana bilərlər:
- Bakalavr səviyyəsinin 2-ci kursunun İnformasiya Təhlükəsizliyi fakültəsində təhsil alan tələbələri
- Akademik göstəricisi 100 üzərindən ən az 80 olan tələbə
Ayrılmış yer sayı
Bu mübadilə üçün sadəcə 1 tələbə üçün yer ayrılmışdır.
Əsas siyahıda hər hansı ləğv edildikdə gözləmə siyahısında olan növbəti tələbə nəzərə alınacaq.
Necə müraciət oluna bilər?
Maraqlanan tələbələr aşağıdakı sənədləri təqdim etməlidirlər:
- CV
- Motivasiya məktubu
- Pasportun nüsxəsi ( Əgər varsa )
Linkə keçid edərək müraciət edə bilərsiniz: https://forms.gle/wWFjKMDfeQqgxh5Z6
Seçim kriteriyaları:
BANM Erasmus+ Seçim Komitəsi müraciətinizi aşağıdakı meyarlar əsasında qiymətləndirəcək:
- Akademik göstəricilər (40 %)
- Sosial Aktivlik ( 40 %)
- Müsahibə (20 %)
Mübadilənin müddəti
2023/24 Akademik təqvim ilinin payız semestri
Erasmus+ Beynəlxalq Kredit Mobilliyi ən azı bir semestr (3 ay) olmalıdır.
Müraciət üçün son tarix: 14 İyun 2023, 23:59
Müraciət prosesi ilə bağlı bütün sorğular erasmus@bhos.edu.az elektron poçtu vasitəsilə Erasmus+ və Beynəlxalq Proqramlar Ofisinə göndərilməlidir.
Sizə uğurlar arzulayırıq.
Erasmus+ və Beynəlxalq Proqramlar Ofisi / Bakı Ali Neft Məktəbi