Beynəlxalq Proqramlar Ofisi
Erasmus+ KA171 Mübadilə layihəsi çərçivəsində Braqanza Politexnik Universitetinin elanı
Erasmus+ KA171 Mübadilə layihəsi çərçivəsində Braqanza Politexnik Universitetinin elanı
Kimlər müraciət edə bilər?
Bakı Ali Neft Məktəbinin əyani təhsil alan magistr tələbələri aşağıdakı şərtlərə cavab verdikləri və müraciətlərini bu çağırışda qeyd olunan son tarixə qədər təqdim etdikləri halda tələbə mobilliyindən yararlana bilərlər:
- 1-ci kurs Neft və Qaz texnologiyası üzrə magistr təhsil alan tələbələr
- Akademik göstəricisi 100 üzərindən ən az 80 olan tələbələr
Ayrılmış yer sayı
Bu mübadilə üçün sadəcə 1 tələbə yeri ayrılmışdır.
Seçilən tələbə hər hansı səbəbdən imtina edərsə, gözləmə siyahısında olan növbəti tələbə nəzərə alınacaq.
Necə müraciət oluna bilər?
Maraqlanan tələbələr aşağıdakı sənədləri təqdim etməlidirlər:
- CV
- Motivasiya məktubu
- Passportun nüsxəsi ( Əgər varsa)
Linkə keçid edərək müraciət edə bilərsiniz:
https://forms.gle/j7L4Gp4Agv4SZynk8
Seçim meyarları:
BANM Erasmus+ Seçim Komitəsi müraciətinizi aşağıdakı meyarlar əsasında qiymətləndirəcək:
- Akademik göstəricilər (40 %)
- Sosial Aktivlik ( 40 %)
- Müsahibə (20 %)
Mübadilənin müddəti
2023/24 Akademik təqvim ilinin payız semesteri
Mobillik BANM və İPB-nin İkili Diplom proqramı çərçivəsində təsdiqlənib. Tələbələr IPB-də magistr dissertasiyasını (42 kredit) + 3 fənn (18 kredit– müəyyən ediləcək) tamamlamalıdırlar. Qalan kreditlər (120-dən 60-ı) BANM-in akademik qeydləri nəzərə alınmaqla tanınacaq.
Qrant məlumatları
Tələbə Erasmus+ proqramı çərçivəsində qrant əldə edəcək (səyahət və yaşayış xərcləri Erasmus+ proqramı çərçivəsində ödəniləcək).
Müraciət üçün son tarix: 29 may 2023, 23:59
Müraciət prosesi ilə bağlı bütün sorğular erasmus@bhos.edu.az elektron poçtu vasitəsilə Erasmus+ və Beynəlxalq Proqramlar Ofisinə göndərilməlidir.
Müraciətlərinizlə bağlı sizə uğurlar arzulayırıq.
Erasmus+ və Beynəlxalq Proqramlar Ofisi / Bakı Ali Neft Məktəbi