Beynəlxalq Proqramlar Ofisi
Schmalkalden Tətbiqi Elmlər Universitetinə tələbə mübadiləsi üçün Elan
2023/2024-cü tədris ilinin payız semestri üçün qrantsız Schmalkalden Tətbiqi Elmlər Universitetinə (Almaniya) müraciətin açıq olduğunu elan etməkdən məmnunuq. Bu Mübadilə Mobilliyi Proqramına müraciət edərkən tələbələr universitet təhsil haqqını ödəmirlər, lakin yaşayış və nəqliyyat xərclərini özləri ödəməlidirlər.
Kimlər müraciət edə bilər?
1. Biznesin idarə edilməsi ixtisasının 2-ci kurs tələbələri
2. Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 3-cü kurs tələbələri
Necə müraciət etməli?
Müraciət etmək üçün bu linkdən istifadə edərək ərizə təqdim etməlisiniz: https://forms.gle/Dumb86tq1h73iXrq5
Müraciət üçün son tarix: 12 aprel, 23:59