Beynəlxalq Proqramlar Ofisi

Erasmus + Akademik və administrativ heyət üçün mübadilə Elanı

Müraciət üçün son tarix: 25 aprel 2023

​​​​Erasmus+ proqramı (Əsas Fəaliyyət 171) çərçivəsində Eskisehir Texniki Universiteti Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq edərək tədris və təlim  mobilliyi üçün 2 qrant təklif edir. Seçilən mübadilə iştirakçıları partner Universitetin Kimya Mühəndisliyi fakültəsində iştirak etməlidir. Mübadilə 2023-cü il may ayının sonuna kimi tamamlanmalıdır.

Kimlər iştirak edə bilər?

  • Bakı Ali Neft Məktəbində fəaliyyət göstərən akademik heyət
  • Müraciət edənlrin dil biliklərinin kafi dərəcədə olması gözlənilir

MOBİLLİK MÜDDƏTİ

Mübadilə 5 iş gününü əhatə edir (səyahət günləri xaric).

MÜRACİƏT PROSESİ

Aşağıdakı sənədləri təqdim etməlisiniz:

• CV

• Təklif məktubu (maksimum 2 səhifə) – fəaliyyət günləri üçün planınızı ifadə edir. (Təklif sənədini hazırlayarkən adıçəkilən Universitetlə bağlı kiçik araşdırma aparmağı və fəaliyyət göstərdiyiniz sahə ilə tərəfdaş universitetdəki sahənin uyğunluğunu nəzərə alaraq təklifinizi formalaşdırmağı xahiş olunur)

• Pasportun surəti

Müraciət etmək üçün linkə daxil olun:

https://forms.gle/vvK3NNg6UB93daMt8

 

MALİYYƏLƏŞDİRİLMƏ

Hər bir iştirakçı qalma müddətinə (günlər) uyğun olaraq yaşayış xərcləri üçün mobillik qrantı alacaq.

          ◦ Günlük qrant məbləği : Avro 140/gün

          ◦ Səyahət qrantı: Avro 275

SEÇİM KRİTERİYALARI

Namizədlər öz ixtisasları ilə bağlı təkliflərinə əsasən seçiləcək və iki Universitet arasında gələcək qarşılıqlı əməkdaşlığa töhfə verəcəklər.

  1. Ümumiyyətlə, Universitet tərəfindən təklif edilmiş heç bir səfərdə iştirak etməmək (+30 bal)
  2. Son 1 ildə Universitet tərəfindən təşkil edilmiş səfərdə iştirak etməmək (+10 bal)
  3. Niyyət məktubu- Müraciət edən əməkdaşın Partnyor Universitetdə olacaq fəaliyyəti ilə burdakı fəaliyyətin uyğunluğu. Əgər akademik heyət müraciət edirsə, onların universitetdə tədris etdiyi fənlər üzrə partnyor universitetdə uyğun fənlər mövcud olmalıdır. İnzibati heyət müraciət edirsə, BANM-da fəaliyyət göstərdiyi şöbə və ya iş üzrə partnyor universitetdə uyğun department olmalıdır. (+ 40 bal)
  4. Universitetdəki iş təcrübəsi:
  • 1-3 il arası (+2 bal)
  • 3-5 il arası (+5 bal)
  • 5-8 il arası (+8 bal)
  • 8 ildən çox (+10 bal)
  1. Seçki Komitəsi tərəfindən əməkdaşın Universitetdəki iş fəaliyyətində dair verilmiş dəyərləndirmə (+20 bal)

Müraciət üçün tələblər:

  • Universitetdə minimum 6 ay iş təcrübəsinin olması
  • Dil biliyinin minimum B1 səviyyəsində olması (inzibati heyət üçün tətbiq olunur)
  • Səfərdən döndükdən sonar 15 iş günü ərzindı aidiyyəti şöbədə və ya kafedrada təqdimat etmək

Seçki Komitəsinin üzvləri:

  1. Ümumi işlər üzrə prorektor
  2. Mühəndislik fakültəsinin dekanı
  3. Davamli təhsil fakültəsinin dekanı
  4. Tədris-metodiki şöbənin rəhbəri
  5. Proqram meneceri