Beynəlxalq Proqramlar Ofisi

Erasmus + Akademik heyət üçün mübadilə Elanı

 

Müraciət üçün son tarix: 06 mart 2023 

​​​​Erasmus+ proqramı (Əsas Fəaliyyət 107) çərçivəsində Qərbi Bohemiya Universiteti Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq edərək tədris mobilliyi üçün 1 qrant təklif edir.

Kimlər iştirak edə bilər?

  • Bakı Ali Neft Məktəbində fəaliyyət göstərən akademik heyət
  • Müraciət edənlərin dil biliklərinin kafi dərəcədə olması gözlənilir

 

DURATION OF MOBILITY 

Mübadilə 12 günü əhatə edir (səyahət günləri xaric).

Tədris fəaliyyəti həftədə minimum 8 saat dərsdən ibarət olmalıdır.

 

MÜRACİƏT PROSESİ

Aşağıdakı sənədləri təqdim etməlisiniz:

• Təklif məktubu (maksimum 2 səhifə) – fəaliyyət günləri üçün planınızı ifadə edir. (Təklif sənədini hazırlayarkən adı çəkilən universitetlə bağlı kiçik araşdırma aparmağı və fəaliyyət göstərdiyiniz sahə ilə tərəfdaş universitetdəki sahənin uyğunluğunu nəzərə alaraq təklifinizi formalaşdırmağı xahiş olunur)

Motivasiya məktubu

Müraciət etmək üçün linkə daxil olun:

 

MALİYYƏLƏŞDİRİLMƏ

Hər bir iştirakçı qalma müddətinə (günlər) uyğun olaraq yaşayış xərcləri üçün mobillik qrantı alacaq. Qrantın məbləği 2,210 avro təşkil edir.

 

SEÇİM KRİTERİYALARI

Namizədlər öz ixtisasları ilə bağlı təkliflərinə əsasən seçiləcək və iki universitet arasında gələcək qarşılıqlı əməkdaşlığa töhfə verəcəklər.

Mübadilənin qiymətləndirilməsi üçün Seçki Komissiyası aşağıdakılar tərəfindən formalaşdırılacaq:

 

Akademik mübadilə üçün

Sevda Zərgərova – Mühəndislik fakültəsinin dekanı

Rövşən Budaqov- Davamlı təhsil fakültəsinin dekanı

Humay Azayeva – Proqram meneceri