Bölmələr və mərkəzlər
BreadFeed layihəsi
BreadFeed layihəsi
“BreadFeed” layihəsinin əsas məqsədi fermerlərin gəlirlərini artırmaqla bərabər onların yem xərclərini azaltmaqdır. Əlavə olaraq, bu layihə çörək israfının azalmasına kömək edir. Araşdırmalara görə hər il təxminən 900,000 ton çörək israf edilir və mənbələrimizi israf etməkdən əlavə, çörək zibilliklərə atıldıqda küflənir və metan qazına çevrilir hansı ki, istixana qazıdır və bu da, müxtəlif ekoloji problemlərə səbəb olur. Digər tərəfdən, fermerlərin əksəriyyəti aşağı təhsili, maddi cəhətdən problemi olan və iş üçün başqa bir mənbədən asılı olmayan işçilərdir. Belə ki, onlar öz hesabına çalışan və başqaları üçün iş yaradanlardır. Əlavə olaraq, iqlim dəyişikliyini və quraqlıq, daşqın kimi hava şəraitini nəzərə alaraq, məhsulların və heyvan yemlərinin qiyməti artır. Hətta, bəzi fermerlər heyvan yemlərinin pulunu ödəyə bilmir.
Qalıq çörəklərdən necə heyvan yemləri əldə etməyə gəldikdə isə, ilk olaraq, çörək, düyü və qarğıdalı toplamaq üçün restoranlara, yaşayış yerlərinə bəzi qutular yerləşdirilir. Sonra, onlar qarışdırılır və məhsul əldə edilir. Hazırlanmış məhsul hansı ki, 95% çörəkdir, fermerlərə təqdim olunur. Qeyd edilmiş addımlar artıq edilib və yem Bakı İnnovasiyalar və Araşdırma Mərkəzinə göndərilib. Müxtəlif tərkib miqdarları ilə qaneedici məhsul keyfiyyəti almaq üçün bir neçə dəfə testlərdən keçirilib. Həmçinin, nümunələrin keyfiyyətindən əmin olmaq üçün yem Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində xüsusi testlərdən keçirildi və yüksək keyfiyyət üçün sertifikatlaşdırıldı. Əldə olunmuş nəticələrə əsasən, məhsulda 1.42% yağ, 10.5% zülal və hər 100 qramında 60.97 kkal enerji var. Məhsulu sataraq, fermerlər bir kiloqram yem üçün xərclərin 75 faizinə qədər qənaət etdilər. İndiyə qədər, 4000 dollar gəlir əldə olundu və 100 kg çörək təkrar emal olundu. Növbəti il üçün 100 müxtəlif yerdən çörək toplamaq və 50 nəfərdən çox fermeri bu layihəyə cəlb etmək planlaşdırılır.