Əcnəbi tələbələrin qəbulu

Viza və miqrasiya

Azərbaycana təhsil məqsədi ilə səyahət edən əcnəbilər ölkələrində akkreditə olunmuş Azərbaycan səfirliyindən müvafiq viza almalıdırlar (Azərbaycanla vizasız rejim http://mfa.gov.az/en/content/189 tətbiq edən ölkələrin vətəndaşları istisna olmaqla). 3 ay müddətinə təhsil vizası üçün müraciət etməyinizi tövsiyə edirik. Ölkənizdə akkreditə olunmuş Azərbaycan səfirliyi olmadıqda, Xarici İşlər Nazirliyinin Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən Viza Bölməsində sizə viza verilə bilər.

BANM-də təhsilinizə vaxtında başlamaq üçün viza müraciət prosedurlarına mümkün olduğu qədər tez başlamağınızı tövsiyə edirik. Sizə giriş (qəbul) məktubu verəcəyik və viza almaq üçün kömək edəcəyik. Xüsusi viza prosedurları və sənədlər siyahısı üçün zəhmət olmasa ölkənizdəki Azərbaycan səfirliyinə müraciət edin.

Azərbaycan Respublikasında olma müddəti 15 günü keçən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər qaldıqları yer üzrə qeydiyyata alınmalıdırlar. Bu məqsədlə əcnəbilər ölkəyə gəldikdən sonra 15 gün ərzində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi saytının elektron xidmətləri, elektron hökumət portalı, elektron poçtu (qeydiyyat@migration.gov.az) vasitəsilə və ya şəxsən qaldıqları yer üzrə qeydiyyata alınmaq üçün regional miqrasiya şöbələrinə və ya ASAN Xidmət mərkəzlərinə müraciət etməlidirlər. Müraciət forması və pasport nüsxəsi (viza səhifəsi və ölkəyə son girişini göstərən səhifələr daxil olmaqla) təqdim edilməlidir. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qaldıqları yer üzrə qeydiyyatı üçün dövlət rüsumu tələb olunmur.

Əcnəbilər, viza müddətinin bitməsindən ən azı bir ay əvvəl Dövlət Miqrasiya Xidmətindən müvəqqəti yaşamaq üçün icazə almalıdırlar (vizasız qaydaya əsasən səyahət etsəniz də). Tədris ilini uğurla başa vurduqdan sonra yaşayış icazənizin müddəti bir il daha uzadılacaqdır. Müvəqqəti yaşamaq icazəsi viza almadan yaşamaq üçün icazə sənədində göstərilən müddət ərzində Azərbaycan sərhədlərinə giriş / çıxma imkanı verir. Müvəqqəti yaşamaq icazəsi müvafiq sənədlər hazırlanaraq Azərbaycan Respublikasının Miqrasiya Xidmətinə təqdim olunmaqla hər il yenilənir.

Qeyd: Bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qalma yerini dəyişdirdikdə, yeni ünvana gəliş tarixindən etibarən 5 iş günü ərzində Miqrasiya Məcəlləsinin 21.2-21.5-ci maddələrdə nəzərdə tutulmuş qaydada yeni qalma yerinə qeydiyyatdan keçməlidir. Bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs müvəqqəti qeydiyyatda olduğu ev sahibinə məxsus başqa bir mənzildə (yaşayış yerində) müvəqqəti qalırsa, onun yenidən qeydiyyatı tələb olunmur.

BANM-in beynəlxalq münasibətlər şöbəsi sizə miqrasiya ilə baqli məsələlərin həll etməyə kömək edəcək. Miqrasiya ilə baqli bütün ücrələr sizin tərəfinizdən ödənikməlidir. Hər hansı bir gecikmənin və cərimələrin qarşısıni almaq üçün tələb edilən bütün sənədləri əvvəlcədən hazirlayin.

Qeyd

Daha ətraflı məlumati keçid linkindən əldə edə bilərsiniz: