BANM haqqında
Tez-tez verilən suallar
Tədris prosesi
Dərslərdə hər hansı bir üzrlü səbəbdən (ölkəni və ya BANM-i müəyyən tədbirlərdə təmsil etmək , səhhətinizdə yaranan problem və s.) iştirak etmədiyiniz zaman təhsil aldığınız kafedraya məlumat verməyiniz zəruridir. Əgər rəhbərlik xüsusi tədbirlərdə iştirakınıza icazə verilərsə, bu zaman qayıb üzrlü hesab olunur. Səbəb sağlamlığınızla əlaqəlidirsə bu halda mütləq şəkildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş qaydada sağlamlıq haqqında arayışı dərslərdə yenidən iştirak etməyə başladığınız ilk gün Karyera və tələbələrlə iş şöbəsinə təhvil verməlisiniz. Əks halda dərsdə iştirakınız üzürsüz hesab olunacaq.
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2.23-cü bəndinə əsasən fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda üzürsüz səbəbdən iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır və tələbənin akademik borcu yaranır. Sözü gedən qanunun 3.2.14 bəndinə uyğun olaraq bu səbəbdən akademik borcu olan tələbə fənni yenidən dinləməli və həmin fəndən dərslərdə iştirak etməklə, onun mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir.
Dərs qeydiyyatı tələbələrin semestr üzrə dinlədiyi fənlərin və fənlərdən topladığı nəticələrin sistemləşmiş şəkildə əks edilməsi üçün zəruridir. Tələbələrə hər semestr öncəsi dərs qeydiyyatından keçmələri haqqında məlumat verilir. Müəyyən edilmiş vaxt çərçivəsində qeydiyyatdan keçməyən tələbə cari semestr üzrə tədris olunan fənlərə buraxılmır.
Tələbə turnitində plagiarizm limitini keçdikdə növbəti semestr üçün təqaüd verilməsi dayandırılır və tələbə şiddətli töhmətlə son xəbərdarlıq alır. Bu hal təkrarlandığı halda tələbə ali məktəbdən xaric olunur.
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4.2-ci bəndinə əsasən yay semestri yaz semestri başa çatdıqdan sonra təşkil olunur və onun başlanma müddəti ali təhsil müəssisəsi tərəfindən müəyyən edilir. Yay semestrinin (nəzəri təlim və imtahanlar) müddəti 6 (altı) həftədir. İmtahan müddəti 1 (bir) həftədən artıq olmamaqla, yay semestrinin sonuncu həftəsində təşkil edilir. Sözü gedən qanunun 3.4.3-cü bəndinə əsasən yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır.
Yay semestrinin təşkili üçün ən azı 3 tələbənin iştirakı və ya tələbə sayı 3-dən az olarsa 3 tələbə üçün təyin olunan məbləğ ödənilməlməlidir.
Daha ətraflı: http://demo.bhos.edu.az/kcfinder/upload/files/%28AZ%29Yay%20mektebi.pdf .
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 348 saylı qərarına, 4.3 -cü bəndinə əsasən təkrar fənni təkrar dinləmək haqqı tələbənin ali təhsil müəssəsinə daxil olduğu il üçün nəzərdə tutulan illik təhsil haqqının 60 -a bölünməsi və nəticənin fənnin kreditləri ilə vurulması yolu ilə hesablanır.
İmtahan prosesi
Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2.14-cü bəndinə əsasən üzrlü səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən tələbəyə isə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılır. Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə növbəti semestrin dərsləri başlanana qədər imtahanda iştirak etdikdə, həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir. Bu imkandan istifadə etməyən tələbə üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə hesab olunur və akademik borcu yaranır və növbəti sessiyalardan birində imtahanda iştirak etdiyi zaman müvafiq ödənişi etməlidir..
Tələbəni imtahan nəticəsi qane etmədiyi halda nəticə elan olunduğu gündən başlayaraq 3 iş günü ərzində bu haqda apelyasiya müraciətini Keyfiyyətin təminatı şöbəsinə yazılı şəkildə bildirməlidir. Apelyasiya prosesi zamanı müəllim heyəti və Keyfiyyətin təminatı şöbəsinin əməkdaşları iştirak edir. İmtahan cavablarınız yenidən analiz olunur və qərar olaraq nəticəniz arta/azala, yaxud eyni qala bilər.
Tələbənin müvafiq fəndən akademik borcu olmadığı halda alt qruplarla yenidən dinləməyinə və ya təkrar imtahanda iştirak etməyinə icazə verilmir Tələbə həmin fənni yalnız yay məktəbində təkrar dinləyərək yenidən imtahanda iştirak edə bilər. Əlavə məlumat üçün Siyasət & Qaydalar bölməsinə keçid edin.
Fəndən 25% faiz qayıb limitini keçən və ya həm semestr sonu imtahandan həm də təkrar imtahandan kəsilən tələbələr istisna olmaqla , tələbələr təkrar imtahanda iştirak edə və ya fənni yenidən dinləmək üçün müraciət edə bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 348 saylı qərarının 4.3 -cü bəndinə əsasən təkrar imtahan haqqı tələbənin ali təhsil müəssəsinə daxil olduğu il üçün nəzərdə tutulan illik təhsil haqqının 60 -a bölünməsi, nəticənin fənnin kreditləri ilə vurulması əsasında alınan məbləğin 25 %-ni təşkil edir. Məbləğ təkrar imtahandan öncə ödənilməlidir. .
Beynəlxalq
Öyrənmə müqaviləsinin məqsədi, tələbələrin xaricdə uğurla başa vurduqları fəaliyyətlərə görə qiymət qazanmalarına əmin olmaq üçün mübadilənin şəffaf və səmərəli hazırlanmasını təmin etməkdir. Öyrənmə müqaviləsi tələbənin mübadilə zamanı əldə etməsi gözlənilən bütün nəticələrini əhatə etməlidir. Öyrənmə müqaviləsini imzalayan hər üç tərəf, razılaşdırılmış bütün razılaşmalara riayət etməyə borcludur və bununla da tələbənin xaricdə daha çox tanınma tələbi olmadan həyata keçirdiyi təhsil və ya staj üçün tanınmasını təmin edir.
Xeyr, hər iki mübadilə proqramı pulsuzdur. Yalnız öz doğma universitetinizdə təhsil haqqını ödəməlisiniz.
Zero-Grant Erasmus + mobilliyi tələbələr universitetə təhsil haqqı ödəmirlər, həmçinin dəyərli təcrübələrdən və Erasmus + tələbəsi olmağın bütün üstünlüklərindən faydalanırlar (digər xərclər: yaşayış, nəqliyyat, viza, yemək tələbələrin özləri tərəfindən ödənilir).
Öz universitetinizin beynəlxalq ofisi ilə və ya əvvəlki BHOS Erasmus tələbələri ilə birbaşa əlaqə qurmalısınız.
Mobillik proqramları üçün qrantın məbləği bir ölkədən digərinə dəyişir. Erasmus + üçün verilən qrantlar birbaşa ev sahibi universitetləri tərəfindən avro ilə ödənilir və Mövlana proqramı üçün qrantlar türk universitetləri tərəfindən türk lirası ilə ödənilir.
Proqram ölkələri Erasmus + proqramına tam iştirak edən ölkələrdir. Bu məqsədlə bu ölkələr Milli Agentlik təsis etdilər və proqrama maddi töhfə verdilər. 33 proqram ölkəsi bunlardır: 28 AB Üzv Dövləti, İslandiya, Lixtenşteyn, Norveç, keçmiş Yuqoslaviya Makedoniya Respublikası və Türkiyə. Tərəfdaş ölkələr Azərbaycan da daxil olmaqla dünyanın digər ölkələridir.