Tələbə həyatı
Üzgüçülük klubu
Klub tələbələrin sağlam həyat tərzi keçirmək, boş vaxtlarını səmərəli dəyərləndirmək məqsədilə yaradılıb. Bir əyləncə və istirahət forması kimi tələbələrin marağına səbəb olan Üzgüçülük klubu həm də həftəiçi dərslər keçirir, yarışlar təşkil edir.
Xəbərlər
Bakı Ali Neft Məktəbinin (BANM) yaradılmasının 10 illiyinə həsr edilmiş İdman Spartakiadası çərçivəsində keçirilən “3 vs 3 Basketbol yarışı” 6 aprel 2022-ci il tarixində başa çatdı. Universitetimizin 10 illiyinə həsr edilmiş digər idman yarışları kimi Basketbol çempionatı da tələbələr arasında böyük maraqla qarşılandı. Hər birində minimum 4 maksimum 5 oyunçu olmaqla 10 komanda qeydiyyatdan keçdi, yarışın açılış mərasimi 24.11.2021-ci il saat 15:00-da baş tutdu.
Komandalar püşkatma yolu il hər qrupda 5 komanda olmaqla 2 qrupa bölündü və hər qrupdan ilk 2 yeri tutan komanda yarımfinal mərhələsinə yüksəldi. 5 turun sonunda A qrupunun 1-cisi “Golden BANM Warriors”, 2-cisi isə “Masmadios” komandası oldu. B qrupuna gəldikdə “Flat Earthers” komandası qrupu lider tamamladı, 2-ci yerin sahibi isə “CyberWolves” oldu. Reqlamentə əsasən yarımfinalda A qrupunun 1-cisi “Golden BANM Warriors” komandası B qrupunun 2-cisi “CyberWolves” ilə, B qrupunun 1-cisi “Flat Earthers” isə A qrupunun 2-cisi “Masmadios” komandası ilə üz-üzə gəldi. Bu mərhələdə qələbə qazanan “Flat Earthers” və “Golden BANM Warriors” komandaları final mərhələsinə haqq qazandılar. Final qarşılaşması gərgin mübarizə şəraitində keçdi, əlavə vaxta uzanan oyunun sonunda “Golden BANM Warriors” komandası qalib gələrək turnirin 1-cisi oldu. 3-cü yer uğrunda keçirilən oyunda isə “Masmadios” komandası “CyberWolves”-u məğlub edərək bürünc medalların sahibi oldu.
Fərdi mükafatlara gəldikdə oyunçular 2 nominasiyada mükafatlandırıldı: qrup oyunlarının ən yaxşı oyunçusu və final oyununun ən yaxşısı. Hər iki qrup üçün qrup oyunlarından sonra həmin oyunun ən yaxşı oyunçusu seçildi, və bu ada 3 dəfə layiq görülən Rüstəm Həbibullayev qrup oyunlarının ən yaxşı oyunçusu seçildi. Final mərhələsində isə komandasının qələbəsində vacib rol oynayan Oktay Kazımlı final oyunun ən yaxşı oyunçusu mükafatını qazandı.
Beləliklə Bakı Ali Neft Məktəbinin yaradılmasının 10 illiyinə həsr olunmuş 3vs3 Basketbol yarışlarının nəticəsi belədir:
1-ci Yer: Golden BANM Warriors
- Taleh Qədimov (3-cü kurs Neft-Qaz Mühəndisliyi) (kapitan)
- Oktay Kazımlı (3-cü kurs Neft-Qaz Mühəndisliyi)
- Əli Məmmədli (3-cü kurs Neft-Qaz Mühəndisliyi)
- Murad Şərifzadə (3-cü kurs İnformasiya Təhlükəsizliyi Mühəndisliyi)
- Fərman Əhmədov (3-cü kurs Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi)
2-ci Yer: Flat Earthers
- Rüstəm Həbibullayev (3-cü kurs İnformasiya Təhlükəsizliyi Mühəndisliyi) (kapitan)
- Mirkazım Ağayev (3-cü kurs Kimya Mühəndisliyi)
- Fərid Cəfərli (4-cü kurs Kimya Mühəndisliyi)
- Fərid Hüseynli (4-cü kurs Kimya Mühəndisliyi)
- Kamran Kərimov (3-cü kurs İnformasiya Təhlükəsizliyi Mühəndisliyi)
3-cü Yer: Masmadios
- Anar Abıyev (4-cü kurs Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi) (kapitan)
- Kənan Bəgəliyev (4-cü kurs Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi)
- Qeybulla Əliverdiyev (4-cü kurs Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi)
- Rüstəm Qarayev (4-cü kurs Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi)
- Fuad Məmmədzadə (4-cü kurs Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi)
Bakı Ali Neft Məktəbinin (BANM) yaradılmasının 10 illiyinə həsr edilmiş İdman Spartakiadası çərçivəsində keçirilən “Stolüstü Tennis Yarışı” 9 mart 2022-ci il tarixində başa çatdı. Universitetimizin 10 illiyinə həsr edilmiş digər idman yarışları kimi Stolüstü Tennis də tələbələr arasında böyük maraqla qarşılandı. 17.12.2021-ci il saat 12:00-da, 12 nəfər qız tələbə olmaqla, ümumilikdə 78 tələbənin qeydiyyatdan keçdiyi Stolüstü Tennis yarışlarının açılış mərasimi baş tutdu. Tələbələr qrup mərhələsində oğlanlar arasında 8, qızlar arasında isə 2 qrupda hər qrupun ən güclü 2 tennisçisini müəyyənləşdirmək üçün mübarizə apardılar.
Qızlar arasında yarımfinal mərhələsində qarşılaşan 4 tələbədən rəqiblərini məğlub edən Taliyə Məmmədhəsənzadə (4-cü kurs Kimya Mühəndisliyi) və Çiçək Bayramova (5-ci kurs Kimya Mühəndisliyi) final mərhələsində, Gülər Hacıyeva (5-ci kurs Kimya Mühəndisliyi) və Elvina Əliyeva (Hazırlıq Kursu) isə 3-cülük uğrunda mübarizə apardılar. Gərgin keçən qarşılaşmaların qalibləri Çiçək Bayramova və Elvina Əliyeva oldu.
Növbəti mərhələyə keçən 16 oğlan tələbə isə 25 fevral tarixində 1/8 final, daha sonra isə 1/4 final mərhələlərində qarşılaşdılar. Yarımfinal mərhələsinə keçən 4 tələbə, Fərid Cəfərli (4-cü kurs Kimya Mühəndisliyi), Stephen Ukaiwe (4-cü kurs Neft-Qaz Mühəndisliyi), Mirkazım Ağayev (3-cü kurs Kimya Mühəndisliyi), Cahid İbrahimov (3-cü kurs Kimya Mühəndisliyi) arasında qarşılaşmalar püşkatma yolu ilə müəyyənləşdirildi. Rəqiblərini üstələyən Stephen Ukaiwe və Mirkazım Ağayev final mərhələsində qarılaşdılar. Qarşılaşma Stephen Ukaiwenin Mirkazım Ağayevi 3-2 məğlub etməsiylə başa çatdı.
Beləliklə Bakı Ali Neft Məktəbinin yaradılmasının 10 illiyinə həsr olunmuş Stolüstü Tennis yarışlarının nəticəsi belədir:
Qızlar Arasında:
- 1-ci Yer: Çiçək Bayramova (5-ci kurs Kimya Mühəndisliyi)
- 2-ci Yer: Taliyə Məmmədhəsənzadə (4-cü kurs Kimya Mühəndisliyi)
- 3-cü Yer: Elvina Əliyeva (Hazırlıq Kursu)
Oğlanlar arasında:
- 1-ci Yer: Stephen Ukaiwe (4-cü kurs Neft-Qaz Mühəndisliyi)
- 2-ci Yer: Mirkazım Ağayev (3-cü kurs Kimya Mühəndisliyi)
- 3-cü Yer: Fərid Cəfərli (4-cü kurs Kimya Mühəndisliyi)
Bakı Ali Neft Məktəbinin (BANM) yaranmasının 10 illiyinə həsr edilmiş İdman Spartakiadası çərçivəsində keçirilən “Futsal Çempionatı” 10 mart 2022-ci il tarixində başa çatdı. Universitetimizin 10 illiyinə həsr olunan və 10 ilin çempionu adı uğrunda keçirilən yarışlarda Futsal tələbələr içində ən çox maraqla qarşılanan çempionat oldu. 18.11.2021-ci il saat 12:00-da ümumilikdə 17 komandanın qeydiyyatdan keçdiyi Futsal Çempionatının açılış mərasimi baş tutdu. Komandalar 1 qrupda 5, digər 3 qrupda 4 komanda olmaqla 4 qrupa bölündülər və qrupdan çıxacaq iki komandanı müəyyənləşdirmək üçün mübarizə apardılar.
Növbəti mərhələyə keçən 8 komanda əvvəlcə ¼ final mərhələsində mübarizə apardılar. Yarımfinal mərhələsinə keçən 4 ixtisas komandası arasında (Drilling Ertuğrul – 4cü kurs Neft-qaz müəndisliyi), (Alkolik Bilbao – 4cü kurs Kimya mühəndisliyi), (Warriors – 3cü kurs Neft-qaz mühəndisliyi) və (We United – 5ci kurs Kimya mühəndisliyi) yarımfinal püşkü atıldı, bu mərhələdən başlayaraq AFFA-dan olan hakimlər briqadasının idarə etdiyi oyunları Drilling Ertuğrul və Alkolik Bilbao komandaları qalib gələrək adlarını finala yazdırdılar. Təntənəli sürətdə keçirilən və möhtəşəm azarkeş dəstəyinin olduğu final oyununda Drilling Ertuğrul komandası Alkolik Bilbao komandasını 5-4 hesabıyla məğlub etdi və 10 ilin çempionu oldu. 3-cü yerin sahibi isə texniki qələbə ilə Warriors komandası oldu.
Beləliklə Bakı Ali Neft Məktəbinin yaranmasının 10 illiyinə həsr olunmuş Futsal yarışının nəticəsi belədir:
1-ci yer: Drilling Ertuğrul (4-cü kurs Neft-qaz mühəndisliyi)
- Paşayev Uğur
- Nəbiyev Rəşad
- Əkbərov Rüfət
- Əsgərov Elnur
- Farizli Əli
- Mehdizadə Nicat
- Alquliyev Ruslan
- Mürsəlli Şəmsi
2-ci yer: Alkolik Bilbao (4-cü kurs Kimya mühəndisliyi)
- Babayev Malik
- Babayev Həsən
- Gəraylı Rəşad
- Cəfərli Fərid
- Abdinbəyov Cəbrayıl
- Qənbərov Samir
- Osmanov Əzər
- Əliyev Cavidan
3-cü yer: Warriors (3-cü kurs Neft-qaz mühəndisliyi)
- Məmmədli Əli
- Kazımlı Oktay
- Məmmədli Alişan
- Səfərəliyev Nicat
- Babayev Fərid
- Fərəcov Ülvi
- Qədimov Taleh
Nominasiyalar:
- Ən yaxşı qapıçı: İmaməliyev Zaur
- Ən yaxşı müdafiəçi: Paşayev Uğur
- Qol kralı : Babayev Malik
Bakı Ali Neft Məktəbinin (BANM) yaranmasının 10 illiyinə həsr edilmiş İdman Spartakiadası çərçivəsində keçirilən oğlanlar üzrə “Voleybol Çempionatı” 14 mart 2022-ci il tarixində başa çatdı. Universitetimizin 10 illiyinə həsr olunan və 10 ilin çempionu adı uğrunda keçirilən yarışlarda Voleybol tələbələr içində çox maraqla qarşılanan turnirlərdən biri oldu. 21.11.2021-ci il saat 12:00-da ümumilikdə 12 komandanın qeydiyyatdan keçdiyi Voleybol Çempionatının açılış mərasimi baş tutdu. Komandalar hər qrupda 4 komanda olmaqla 3 qrrupa bölündülər. Hər qrupdan 1-ci və 2-ci yerlər birbaşa ən güclü 2 ədəd 3-cü yer isə xal nisbəti ilə digər mərhələyə keçdilər.
Növbəti mərhələyə keçən 8 komanda əvvəlcə ¼ final mərhələsində mübarizə apardılar. Yarımfinal mərhələsinə keçən 4 ixtisas komandası arasında (ACE – 4-cü kurs Neft-qaz müəndisliyi), (P.E.K.K.A – 4c-ü kurs Kimya mühəndisliyi), (Celtics – 3-cü kurs Proseslərin Avtomatlaşdırılması mühəndisliyi) və (CHEMpions – 2-ci kurs Kimya mühəndisliyi) yarımfinal püşkü atıldı. Yarım final oyunlarında rəqiblərinə qalib gəlmiş ACE və P.E.K.K.A adlarını finala yazdırdılar. Yarım finallarda məğlub olmuş CHEMpions və Celtics komandası üçüncü yer uğrunda oyuna çıxmış və əzmkar mübarizə göstərən CHEMpions komandası Celtics komandası üzərində 3-0 hesabı ilə qalib gələrək bürünc medalların sahibi olmuşdur. Təntənəli surətdə keçirilən və möhtəşəm azarkeş dəstəyinin olduğu final oyununda P.E.K.K.A komandası ACE komandasını ümumi setlərdə 3-0 hesabıyla məğlub etdi və 10 ilin çempionu oldu.
Beləliklə, Bakı Ali Neft Məktəbinin yaranmasının 10 illiyinə həsr olunmuş Voleybol yarışının nəticəsi belədir:
1-ci yer: P.E.K.K.A (4-cü kurs Kimya mühəndisliyi)
- 1. Həsən Babayev (kapitan)
- 2. Malik Babayev
- 3. Natiq Babayev
- 4. Cavidan Əliyev
- 5. Rəşad Gəraylı
- 6. Cəbrayıl Abdinbəyov
- 7. Əzər Osmanov
- 8. Fərid Cəfərli
- 9. Fərid Hüseynli
2-ci yer: ACE (4-cü kurs Neft-Qaz Mühəndisliyi)
- 1. Rəşad Nəbiyev (kapitan)
- 2. Uğur Paşayev
- 3. Dursun Daşdəmirov
- 4. Həsən Həsənov
- 5. Eldəniz Əlizadə
- 6. Mirnicat Cabbarlı
- 7. Məmməd Kərimov
- 8. Rüfət Əkbərov
- 9. Nicat Mehdizadə
3-cü yer: CHEMpions (2-ci kurs Kimya Mühəndisliyi)
- 1. İlqar Nəsirli (kapitan)
- 2. Rəvan Rzayev
- 3. Azər Mirzəyev
- 4. Nurlan Telliyev
- 5. Salman İsmayılov
- 6. Məzahir Həsənli
- 7. Çingiz Hacıyev
- 8. Bayram Bayramov
- 9. Rəşad Babayev
Bakı Ali Neft Məktəbinin (BANM) yaranmasının 10 illiyinə həsr edilmiş İdman Spartakiadası çərçivəsində keçirilən qızlar üzrə “Voleybol Çempionatı” 19 dekabr 2021-ci il tarixində başa çatdı. Universitetimizin 10 illiyinə həsr olunan və 10 ilin çempionu adı uğrunda keçirilən yarışlarda Voleybol tələbələr içində çox maraqla qarşılanan turnirlərdən biri oldu. 21.11.2021-ci il saat 12:00-da ümumilikdə 5 komandanın qeydiyyatdan keçdiyi Voleybol Çempionatının açılış mərasimi baş tutdu. Chemballers Last Dance komandası çempionatdan geri çəkilərək komandaların sayını 4-ə endirdi. Komanda sayı az olduğu üçün oyunlar liqa şəklində keçirildi. Oyun sonunda “ChExane” 6 xal, “Sharp Spikers” 4 xal, “Chemvoll” 3 xal, “Vollengineers” 0 xal toplamağa nail oldular.
Beləliklə, Bakı Ali Neft Məktəbinin yaranmasının 10 illiyinə həsr olunmuş qızlar arasında keçirilmiş Voleybol yarışının nəticəsi belədir:
I yer ChExane - 4-cü kurs Kimya mühəndisliyi
- Taliyə Məmmədhəsənzadə- Kapitan
- Jalə Əliyeva
- Afaq Həşimova
- Nərmin Əliyeva
- Nigar Bağırzadə
- Biçə Əzizova
II Yer - Sharp Spikers – 4-cü kurs Neft-Qaz mühəndisliyi
- Turan Səfərova
- Sürəyya Yusifova
- Sona Həmzəyeva
- Səadət Nemətli
- Səmra Manafzadə
- Aytən Nəbiyeva
- Gülyaz Hüseynova
III yer – Chemvoll – 2-ci kurs Kimya mühəndisliyi
- Ləman Talıbova
- Günel Atakişiyeva Günel Abdullazadə
- Gülnur Məmmədova
- İlhamə Mehdizadə
- Nəzrin Fətullalı
- Türkan Zeynalzadə
- Firəngiz Süleymanov
Bras növü üzrə:
- 1-ci yer - Yusif Abbasov (Neft-qaz mühəndisliyi III kurs)
- 2-ci yer - Rəşid Yusibov (Kimya mühəndisliyi III kurs)
- 3-cü yer - Azər Verdiyev (Proseslərin avtomatlaşdırılması mühəndisliyi)
Sərbəst növ üzrə:
- 1-ci yer - Mirhüseyn Abdullazadə (Komputer mühəndisliyi I kurs)
- 2-ci yer - Xəyal Həsənli (Proseslərin avtomatlaşdırılması mühəndisliyi III kurs)
- 3-cü yer - Ayxan Əlizadə (Kimya mühəndisliyi III kurs)