Xəbərlər
BANM-də BHOS Chess Blitz adlı şahmat turniri keçirilib
Bakı Ali Neft Məktəbinin (BANM) Şahmat klubunun təşkilatçılğı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “BHOS Chess Blitz” adlı daxili şahmat turniri keçirilib. Turnir Ali Məktəb tələbələri arasında keçirilmiş sayca 4-cü şahmat yarışmasıdır.
Turnirin təşkilatçıları Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan II kurs tələbəsi, BANM şahmat klubunun sədri İbrahim Şərifov və “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan II kurs tələbəsi Nizam Zahidlidir. Turnir İsveçrə sistemi üzrə keçirilib və 9 turdan ibarət olub.