Xəbərlər

BANM-da Banqladeş hökümət nümayəndələrilə görüş keçirilib

         Bakı Ali Neft Məktəbində (BANM) Banqladeş hökumətinin nümayəndələri ilə Ali Məktəbin rəhbərliyi arasında görüş keçirilib. Görüşdə Enerji və Mineral Sərvətlər Nazirliyi nəzdində Banqaldeş Neft, qaz və mineral korporasiyasının (Petro Bangla) direktoru Alem Camil Əhməd, Banlqadeş Hökuməti, Enerji və Mineral Sərvətlər Nazirliyinin Mineral sərvətlər şöbəsinin katibi Çövdhuri Nazimuddin, Maliyyə Nazirliyində Maliyyə şöbəsinin katibi Bequm Arfin Ara və başqa nümayəndələr iştirak ediblər. Tədbirə həmçinin SOCAR AQŞ-nin baş direktorunun müavini Orxan Vahabov və digər nümayəndələri qatılıb.

 

          Görüşü öz sözlərilə açan Ali Məktəbin Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov qonaqlara Azərbaycanın neft sənayesi haqda məlumat verib, daha sonra BANM-ın strukturu, fəaliyyəti, tədris olunan proqramları, burada təhsilin keyfiyyəti və Ali Məktəbin maddi-texniki təchizatı haqqında ətraflı məlumat verib.

 

         Nümayəndələr Banqladeş hökumətinin neft sektoruna böyük marağının olduğunu qeyd edərək BANM-də Banqladeşdən olan tələbələrin təhsil ala bilmək imkanlarını müzakirə ediblər. Daha sonra neft və enerji sahəsində kadr hazırlığı üzrə mümkün əməkdaşlıq istiqamətləri səsləndirilib.

 

             Ali Məktəbin fəaliyyət və uğurlarını yüksək qiymətləndirən nümayəndələr göstərilən qonaqpərvərliyə görə təşəkkür ediblər.

 

             Görüş zamanı qonaqlara BANM-ın yeni kampusu və Ali Məktəbin fəaliyyətini əks etdirən qısa video çarx nümayiş etdirilib. 

 

             Sonda Banqladeş hökumət nümayəndələri ilə xatirə şəkli çəkdirilib.