Xəbərlər

Bakı Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatına (BANM TGT) yeni sədr seçilib

Bakı Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatının (BANM  TGT) hesabat seçki konfransı keçirilib. Konfransda BANM-in rektoru, professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Tədbir çərçivəsində BANM-in “Neft-qaz mühəndisliyi” ixtisasının 3-cü  kurs tələbəsi, TGT-ın keçmiş sədri Fəhmin Hüsüzadə təşkilatın fəaliyyətinə dair hesabatla çıxış edib. Sonra açıq səsvermə yolu ilə TGT-ın yeni sədri seçilib. Səsvermə nəticəsində  "Neft-qaz mühəndisliyi" ixtisasının 2-ci kurs tələbəsi Şəmsi Musayev Ali Məktəbin TGT-ın yeni sədri seçilib.