Xəbərlər

Elmar Qasımov SPE-nin prezidenti Darsi Spedi ilə görüşüb

          Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Neft-qaz Mühəndisləri Cəmiyyətinin (SPE) prezidenti Darsi Spedi  və SPE-nin Rusiya və Xəzər regionu üzrə direktoru Aizhana Jussupbekova ilə görüşüb.

 

          Görüş zamanı Elmar Qasımov xanım Aizhana və cənab Darsi Spedini BANM-də görməyinə şad olduğunu bildirib və  SPE-nin bu ilki sammitinin məhz BANM-də keçirilməsindən məmnun qaldığını deyib. Rektor SPE-nin neft-qaz sahəsi üzrə mütəxəssislərin yetişdirilməsində əvəzsiz rolunu qeyd edərək BANM-in bu istiqamətdə əməkdaşlığa açıq olduğunu bildirib.

 

       1997-ci ildən bəri Azərbaycanda fəaliyyət göstərən SPE qeyri-hökümət təşkilatının bütün dünya üzrə prezidenti Darsi Spedi Ali Məktəbin rektoruna SPE təşkilatına verdiyi önəm və dəstəyə görə təşəkkür edib.

 

        Elmar Qasımov cənab Darsi Spedidən BANM tələbələrinin SPE-nin fəaliyyətindən yararlana biləcək imkanlar haqqında maraqlanıb. Tərəflər mövcud və gələcək əməkdaşlığın yeni istiqamətləri üzrə müzakirələr aparıb.