Xəbərlər

Bolqarıstanın Universitet Rektorları Şurasının sədri Bakı Ali Neft Məktəbində

         Bolqarıstan Respublikasında Universitet Rektorları Şurasının sədri  və eyni zamanda,  İvan Rilski adına Dağ-Mədən və Geologiya Universitetinin rektoru prof. Lyuben Totev  və Bolqarıstan Respublikasının Azərbaycandakı səfirliyinin Konsulluq bölməsinin  rəhbəri cənab Kiril Apostolov Bakı Ali Neft Məktəbinin (BANM) qonağı olub.

 

          Universitetlər arası əməkdaşlığın və dostluğun yaradılması məqsədilə təşkil olunan görüşdə BANM-in tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov qonaqları Ali Məktəbin strukturu, fəaliyyəti və qısa müddətdə əldə etdiyi nailiyyətləri  ilə tanış edib. Prof. Lyuben Totev BANM-də təhsil alan tələbələrin bilik səviyyələrinin statistik göstəriciləri ilə maraqlanaraq bu nəticələri çox yüksək qiymətləndirib.

 

           BANM və onun fəaliyyətinə böyük maraq göstərən qonaqlar gələcəkdə yarana biləcək birgə əməkdaşlığın müxtəlif  sahələrindən danışıb.Göruşun sonunda qonaqlar Ali Məktəbi gəzərək onun fəaliyyətilə daha yaxından tanış olublar.